İslandiya Respublikasının prezidenti Zati-Aliləri cənab Olafur Raqnar Qrimssona – Bakı şəhəri, 15 iyun 2000-сi il


Hörmətli cənab prezident,

İslandiya Respublikasının Milli bayramı – Respublika günü münasibətilə Sizi və dost İslandiya xalqını səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və səadət, tərəqqi və firavanlıq arzulayıram.

Azərbaycan Respublikası ilə İslandiya Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsinə böyük əhəmiyyət verərək əmin olduğumu bildirirəm ki, əlaqələrimiz xalqlarımızın mənafeyi, sülhün və əmin-amanlığın möhkəmlənməsi naminə inkişaf edib dərinləşəcəkdir. 

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

“Azərbaycan” qəzeti, 17 iyun  2000-ci il

Tarixi arayış

Azərbaycan - Avropa