Pasxa bayramı münasibətilə Azərbaycanın xristian vətəndaşlarına təbrik - 29 aprel 1994-cü il


Hörmətli həmvətənlərim!

Sizi xristianlığın ən müqəddəs və əziz bayramı - Pasxa münasibətilə səmimi qəlbdən təbrik edir, bu bayram günlərində sizə xoş əhval-ruhiyyə, əmin-amanlıq və səadət arzulayıram.

Azərbaycan torpağı əsrlər boyu müxtəlif etiqadlara tapınan insanlar üçün doğma vətən olmuşdur. Onlar da həmişə bu vətənin qeyrətini çəkmiş, onun uğrunda canlarını belə əsirkəməmişlər. İndiki ağır və məşəqqətli günlərimizlə də xristian həmvətənlərimiz Azərbaycanın digər övladları ilə birlikdə çətinliklərə sinə gərir, müqəddəs torpaqlarımızı rəşadətlə qoruyurlar.

Pasxa şadlıq və mərhəmət, haqq və ədalət bayramıdır.

İnanıram ki, bu Pasxa günlərində Ulu Tanrıdan ən ümdə diləkləriniz yurdumuzla sülhün və əmin-amanlığın bərqərar olmasıdır. Qoy bütün arzu və niyyətləriniz Tanrının köməyi və xalqımızın iradəsi ilə həyata keçsin.

 

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti