Yəmən Ərəb Respublikasının Prezidenti zati-aliləri cənab Əli Əbdullah Salehə - Bakı şəhəri, 7 oktyabr 1999-cu il


Hörmətli cənab prezident!

Sizi yenidən Yəmən Ərəb Respublikasının prezidenti seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Ölkələrimiz və xalqlarımız arasında təşəkkül tapmış dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Ümidvaram ki, başçılıq etdiyiniz hökumət Azərbaycan-Yəmən əlaqələrinin genişləndirilməsi, ölkələrimiz arasındakı əməkdaşlığın dərinləşdirilməsi sahəsində səmərəli fəaliyyət göstərəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yəmən xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.