Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Uqanda Respublikasının Prezidenti zati-aliləri cənab Yoveri Museveniyə təbriki - Bakı şəhəri, 2 oktyabr 2001-ci il


Hörmətli cənab Prezident!

Uqanda Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Uqanda xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Uqanda Respublikası arasında təşəkkül tapmaqda olan dostluq münasibətləri genişlənərək xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış