"Yomiuri Simbun" qəzeti


Yaponiyanın ən çoxtirajlı (on milyondan artıq) gündəlik qəzeti. 1874-cü ildən nəşr edilir. Səhər və axşam buraxılışları ilə milyonlarla oxucu kütləsinin rəğbətini qazanan bu qəzet eyni zamanda dünyanın aparıcı on qəzetindən biridir. Azərbaycan Prezidenti Heydər Əliyevin Yaponiyaya dörd günlük səfəri qəzet tərəfindən geniş işıqlandırılıb, Azərbaycan haqqında yapon oxucularına geniş məlumat verilib.