Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yunanıstan Xarici işlər nazirinin müavini İoannis Maqriotisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 20 noyabr 2001-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Biz çox məmnunuq ki, siz Azərbaycanı unutmursunuz, yəni Yunanıstan dövləti Azərbaycanı unutmur, Azərbaycana öz diqqətini göstərir. Təbiidir ki, bu da bizim ölkələrimiz arasında əməkdaşlığın inkişafl üçün çox böyük əhəmiyyət kəsb edir.

Siz artıq burada bəzi görüşlər keçirmisiniz və bizim əlaqələrimizlı bağlı məsələləri müəyyən qədər müzakirə etmisiniz. Amma mən sizə bir daha deyirəm ki, biz Yunanıstan ilə əlaqələrimizə xüsusi əhəmiyyət veririk və onları qiymətləndiririk. İstəyirik ki, bu əlaqələr daha da genişlənsin, daha da inkişaf etsin. Buyurun.

İoannis Maqriotis: Cənab Prezident, mənim üçün böyük şərəfdir ki, burada sizinləyəm. Eyni zamanda nümayəndə heyətimizin üzvləri üçün də böyük şərəfdir ki, bu gün Azərbaycan Prezidenti ilə görüşurlər. Biz Azərbaycan ilə munasibətlərə xüsusi əhəmiyyət veririk. Ümid edirəm ki, bu gün ikitərəfli münasibətlər, eləcə də beynəlxalq aləmdə gedən hadisələr haqqında fikir mübadiləsi aparacağıq.

Zati-aliləri, Siz doğru buyurdunuz ki, bizim burada bir neçə görüşlərimiz olmuşdur. Yüksək səviyyədə kecirdiyimiz bu görüşlər zamanı ümumi məsələləri muzakirə etmişik və eyni zamanda beynəlxalq aləmdə gedən hadisələrə münasibətimizi bildirmişik. Biz bu görüşlər zamanı müəyyən etmişik ki, Azərbaycan ilə Yunanıstanın bir sıra məsələlərə baxışları eynidir. Elə bilirəm ki, bu, ölkələrimiz arasında olan qardaşlıq münasibətlərini inkişaf etdirmək, onları sürətləndirmək üçün zəmin yaradır.

Heydər Əliyev: Təşəkkür edirəm. Biz də belə fikirdəyik. Mən bunu qeyd etdim və bir də demək istəyirəm ki, bizim əlaqələrimizin daha da genişlənməsinə ehtiyac var. Mən də razıyam ki, bir çox məsələlərdə bizim baxışlarımız üst-üstə duşur.

Yunanıstan qədim tarixə malik olan ölkədir və dünyada özünəməxsus yer tutur. Avropa Birliyinin üzvüdür, Avropa Şurasındadır. Biz bu ilin əvvəlində Avropa Şurasına daxil olmuşuq, siz də buna səs vermisiniz. Təşəkkür edirəm. Ona gorə də biz indi konkret olaraq muzakirə etməliyik ki, hansı məsələləri irəli apara bilərik.

İoannis Maqriotis: Cənab Prezident, xoş sözlərinizə görə Sizə minnətdarlığımı bildirmək

istəyirəm. Demək istəyirəm ki, indiyə qədər keçirdiyimiz bütün görüşlər zamanı biz bu xoş münasibəti, dost münasibətini hiss etmişik, duymuşuq. Ona görə də Sizə və ölkənizə təşəkkürumu bildirmək istəyirəm.

Siz həqiqətən doğru buyurdunuz ki, Azərbaycan Avropa Şurasına üzv qəbul olunarkən Yunanıstan buna dəstək vermişdir. Biz elə bilirik ki, bu, lazımlı bir addım idi. Bir halda ki, Yunanıstan Avropa Birliyinin üzvüdür, Azərbaycana səs verdi ki, bu ölkə Avropa icmasına, Avropaya yaxınlaşsın. Eyni zamanda, bu yaxınlaşma Azərbaycan ilə Yunanıstan arasında da yaxınlaşmaya yardımçı ola bilər.

Sizə məlum olduğu kimi, 2003-cu ildə Yunanıstan Avropa Birliyinə sədrlik edəcəkdir. Bu dövr ərzində elə bilirəm ki, Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlığa geniş imkanlar açılacaqdır.

Heydər Əliyev: Bu çox yaxşıdır. Biz gərək ümid edək ki, siz Avropa Birliyində sədr olduğunuz zaman Azərbaycana çox yardım edəcəksiniz.

İoannis Maqriotis: Cənab Prezident, həqiqətən Sizin dediyiniz kimi, imkanlar çox geniş olacaqdır. Biz calışacağıq ki, bu imkanlardan mümkün qədər istifadə edək.

Amma indi istərdim ki, Yunanıstan prezidenti cənab Stefanopulosun səmimi salamlarını zati-alilərinizə çatdırım. Onun təklifini Sizə çatdırmaq istəyirəm. O Sizi bir daha Yunanıstana dəvət edir. Biz çox istəyirik ki, Siz mümkün olan bir vaxtda Yunanıstana səfər edəsiniz.

Heydər Əliyev: Təşəkkür edirəm. Mənim də salamımı, ən xoş arzularımı Prezident cənab Stefanopulosa çatdırın. Mən onunla görüşlərimi xatırlayıram. O doğrudan da məni Yunanıstana dəvət edibdir. Ancaq mən də onu Azərbaycana dəvət etmişəm. Ona görə bu məsələdə ikimiz də borcluyuq. O da borcludur, mən də borcluyam. İndi gərək müəyyən edək ki, kim borcunu birinci yerin. yetirəcəkdir. Hər halda, mənim Yunanıstana səfər etməyim planlarımda vardır.

İoannis Maqriotis: Cənab Prezident, bizim üçün böyük şərəf olar ki, Siz Yunanıstana gələsiniz. Əlbəttə, Sizin salamlarınızı prezidentimizə yetirəcəyəm. Bir daha təkrar etmək istəyirəm ki, biz Sizin gəlişinizdən çox şad olardıq. Səfəriniz Sizə imkan verər ki, həm Yunanıstanı görərsiniz, bu ölkə ilə tanış olarsınız, eyni zamanda iki dövlət üçün vacib məsələləri müzakirə etmək imkanı əldə olunar.

Heydər Əliyev: Təşəkkür edirəm.