Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Vladimir Putinə - Bakı şəhəri, 28 dekabr 2002-ci il


Hörmətli Vladimir Vladimiroviç!

Qroznı şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı olması xəbəri məni ürəkdən kədərləndirdi.

Baş vermiş terror aktı əməlini qətiyyətlə pisləyir, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 29 dekabr 2002-ci il.