Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Liberiya Respublikasının Prezidenti zati-aliləri cənab Çarlz Teylora təbriki - Bakı şəhəri, 18 iyul 2001-ci il


Hörmətli cənab Prezident!

Liberiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Liberiya xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında təşəkkül tapmaqda olan dostluq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış