Xəzər nefti: yeni oyun başlanır


"Bler haus"a prezidentlə səhər yeməyinə gələn adlı-sanlı amerikalılar onu salamlamaq üçün uzun bir növbəyə dayanmışdılar. Hər şey bir az qəribə görünürdü, hətta ömür boyu Kreml daxilindəki kölgələrdən Qafqazdakı arasıkəsilməz fitnələrədək az qala hər şeyi görmüş bu adam üçün qəribə idi. "Ruslar ondan qorxurdular, - deyə onun aparıcı siyasi müşavirlərindən biri qulağıma pıçıldadı, - o onlar barədə onların özündən çox şey bilir.

 Corc Enqayer, icmalçı
"Vaşinqton tayms" qəzeti,
3 avqust 1997-ci il