Yazıçı Gəray Fəzliyə - 2 mart 1995-ci il


Hörmətli Gəray Fəzli!

Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan xalqı sizi, həyatını ədəbiyyatımızın və mədəniyyətimizin inkişafına həsr etmiş vətənpərvər şair, görkəmli nasir və publisist kimi tanıyır. Siz dəyərli yaradıcılıq nümunələrinizlə geniş oxucu kütləsinin dərin rəğbətini qazanmısınız. Müxtəlif illərdə çap etdirdiyiniz bir çox şep və nəsr kitabları xalqımızın mədəni-əxlaqi tərbiyəsi işində böyük rol oynamış, Azərbaycanda gedən ictimai proseslərin bədii inikası kimi xüsusi maraq doğurmuşdur.

Sizə uzun ömür, cansağlığı, müstəqil Azərbaycan Respublikasının mədəniyyətinin inkişafı naminə fəaiiyyətinizdə uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT