Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin tanınmış müğənnisi Əbru Gündəşin konsertindən sonra ailəsi ilə birlikdə onunla söhbətindən - Respublika Sarayı, 13 aprel 1997-ci il


Heydər Əliyev: Çox gözəl konsert verdiniz, mən sevindim və konsertinizi bəyəndim. Gördünüz ki, salondakılar da çox bəyəndilər.

Əbru Gündəş: Sevil xanım öz mahnısının ifasını bəyəndimi?

Sevil Əliyeva: Bəli, çox sağ olun, bəyəndim.

Heydər Əliyev: Sevil xanım da, mən də bəyəndim. Siz bu mahnını çox gözəl ifa etdiniz. Konsert bütünlüklə çox gözəl idi. Sizin orkestriniz də çox gözəldir. Azərbaycana ilk dəfədir gəlirsiniz?

Əbru Gündəş: Bəli, Azərbaycana ilk dəfədir gəlirəm.

Heydər Əliyev: Sizi Azərbaycanda görməkdən çox məmnunam. Təşəkkür edirəm ki, gəldiniz, bizim insanlarla görüşdünüz, onları öz sənətinizlə, gözəl şərqilərinizlə sevindirdiniz.

Əbru Gündəş: Cənab prezident, Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Azərbaycana gəlmək, Sizinlə görüşmək mənim üçün şərəfdir və çox gözəldir. İnşaallah, təkrar qonaq gələrəm.

Heydər Əliyev: Ürəyiniz istədiyi vaxt gəlin.

Əbru Gündəş: Sağ olun, təşəkkür edirəm.

Tarixi arayış

MƏDƏNİYYƏT