Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Siyasi Şurasının iclasında nitqi - Bakı, Rəşid Behbudov adına Mahnı Teatrı, 6 may 2000-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli dostlar!

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri!

Bu gün həqiqətən əlamətdar bir gündur. Biz partiyamızın qurultayından keçən dövrə müəyyən qədər yekun vururuq, Siyasi Şuranın ilk iclasını keçiririk. Partiyanın hər bir üzvü üçün onun partiyaya mənsubiyyətini təsdiq edən partiya vəsiqələri təqdim olunacaqdır.

Ən əsası odur ki, bizim partiyamız birinci qurultaydan sonra daha da fəallaşıbdir. Sayca artıb, hesab edirəm ki, keyfiyyətcə də artıbdır. Bunlar hamısı sevindirici hallardır. Ancaq - bu barədə qurultayda da danışılmışdı. Bu gün də demək istəyirəm - bizim partiyanın qarşısında çox böyük vəzifələr durur. Partiyanın hər bir üzvü, xüsusən partiyanın rəhbər orqanları - idarə heyəti, Siyasi Şura, yerlərdə partiyanın orqanları gərək bu vəzifələri ardıcıl olaraq həyata keçırsınlər.

Bizim partiyanın həm proqramı, həm nizamnaməsi, həm də birinci qurultayda aparılmış müzakirələr, danışıqlar - bunlar hamısı eyni məzmundadır. Bu da ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası yaranandan onun məqsədi Azərbaycanın müstəqilliyi, suverenliyi, demokratiya yolu ilə getməsi, insan hüquqlarının tam qorunması, Azərbaycanda iqtisadi islahatların aparılması, bazar iqtisadiyyatının yaranması və inkişaf etməsindən, beləliklə də Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət olaraq dünya birliyində özünə layiq yer tutmasından ibarətdır.

Partiyanı yaradan zaman da biz bu məqsədlərimizi partiyanın proqramında, nizamnaməsində əks etdirmişdik və ondan sonrakı dövrdə də bu istiqamətdə fəaliyyət göstəririk. Yəni partiya bu istiqamətdə fəaliyyət göstərir.

Beləliklə, Yeni Azərbaycan Partiyasının həm siyasi xətti, həm də əməli fəaliyyəti Azərbaycanda mövcud olan demokratik, hüquqi, dünyəvi dövlətin siyasi xətti və əməli fəaliyyəti ilə eynidir.

Ancaq bu o demək deyil ki, biz bu proqramı bəyan edərək, onun Azərbaycanda dövlət tərəfindən həyata keçirilməsində bir çox nailiyyətlər əldə edərək, hesab etməliyik ki, hər şeyə nail olmuşuq. Bizim qarşımızda, yəni Azərbaycan dövlətinin, hökumətinin qarşısında bu yolla getmək üçün və tamamilə demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti, demokratik cəmiyyət yaratmaq üçün hələ çox işlər görmək vəzifəsi durur. Bu proses heç vaxt qurtarmayacaqdır. Çünki insan cəmiyyəti canlı bir orqanizm olduğu  kimi, bu proses də canlı bir prosesdir. Müəyyən mərhələyə çatandan sonra heç vaxt dayanmaz, hesab edilməz ki, bəli, artıq bir məsafəyə catdıq və hər şeyi həll etmişik. Bu heç vaxt heç bir ölkədə olmayıb və bizim ölkədə də olmayacaqdır.

Ancaq, təbiidir ki, yeni müstəqil dövlət kimi, ölkəmizdə demokratiyanın qurucusu olaraq gənc bir dövlət kimi, biz nə qədər surətlə hərəkət etsək, o qədər də çox şeylərə nail olacağıq. Bu baxımdan partiyanın qarşısında duran vəzifələr - bu gün də dedim, bunların bir hissəsi həll olunubdur - Azərbaycan dövlətinin, bugünkü iqtidarın qarşısında duran vəzifələrlə eynidir. Mən hesab edirəm ki, bu yol bizim üçün müqəddəs yoldur, bu yolla bu gün də gedirik, gələcəkdə də gedəcəyik. Partiyamızın genişlənməsi, partiyamıza yeni üzvlərin daxil olması da yalnız bu prinsiplər əsasında və onlara uyğun olmalıdır.

Məmnuniyyətlə qeyd edirəm ki, Yeni Azərbycan Partiyası yaranandan indiyə qədər, xüsusən 1993-cu ildən sonra bu sahədə çox iş görübdür. Bizim əldə etdiyimiz, dövlətin əldə etdiyi bu nailiyyətlərdə Yeni Azərbaycan Partiyasının çox dəyərli payı var. Ancaq bunlar bugünkü mərhələyə qədər olan məsələlərdir. Bundan sonra dövlətin qarşısında duran vəzifələr eyni zamanda Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrdir.

Bizim siyasi xətt-hərəkətimiz, dövlətin daxili və xarici siyasəti eynən Yeni Azərbaycan Partiyasının siyasi xəttidir. Bu siyasi xətti də daim inkişaf etdirmək lazımdır. Bu baxımdan, yeni seçilmiş idarə heyəti, Siyasi Şura, yerli partiya təşkilatları, onların rəhbərləri əvvəlkindən çox iş görməli və daha da fəal olmalıdırlar. Əgər bizim partiyanın ötən dövrdəki tarixini müəyyən dərəcədə təhlil etsək, biz onu yaradanda, bəllidir ki, hakimiyyətdən çox uzaq idik, ağır şəraitdə yaratmışdıq. Ancaq bu partiyanı çox inamla yaratdıq.

1993-cu ildən sonra partiyanın sədri, Azərbaycanın Prezidenti, dövlət başçısı çox ağır, çətin bir dövr yaşadı, ölkəmizi böyük fəlakətlərdən qurtardı. Təbiidir ki, bu dövrdə də Yeni Azərbaycan Partiyası, onun üzvləri dövlətlə bir yerdə idilər və biz hamımız birlikdə bu məsələləri həyata keçirdik. Bu dövrdə də Yeni Azərbaycan Partiyası daha da saflaşmış, inkişaf etmiş, genişlənmişdir. Ancaq qurultay Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələ açdı.

Birincisi, qurultayın özünun keçirilməsi yeni bir mərhələnin başlanğıcıdır. İkincisi, biz qurultayda böyük tərkibli siyasi şura seçdik, idarə heyəti seçdik. Üçüncüsü, partiyanın əməli fəaliyyəti, yəni cari işləri ilə daim məşğul olmaq üçün partiyanın sədr müavinlərindən əlavə, daimi fəaliyyət göstərən icra katibi seçdik. Bunlar hamısı təşkilati nöqteyi-nəzərdən partiyanın strukturunu müəyyən qədər yenılışdirdi, eyni zamanda partiyanın fəaliyyətinin daha da səmərəli olması üçün çox gözəl əsas yaratdı. Burada Əli Əhmədovun verdiyi məlumat da onu göstərir ki, Yeni Azərbaycan Partiyasının qurultayında bu barədə qəbul etdiyimiz qərarlar həqiqətən zəruridir və öz nəticəsini verir.

Partiyanın rəhbər orqanlarına seçilmiş adamların gərək hamısı bu məsələdə çox fəal olsunlar, partiya işi ilə daim məşğul olsunlar, partiyanın işini ikinci dərəcəli, üçüncu dərəcəli iş hesab etməsinlər. Bizim ilk konfransımızda seçdiyimiz Siyasi Şura həm sayca az idi, həm də, təbii ki, seçdiyimiz o dövrlə əlaqədar olaraq, onun o qədər də böyük fəallığını təmin edə bilmədik.

İdarə heyəti yaxşı tərkibdə idi. Ancaq mən bu gün açıq deməliyəm ki, idarə heyətinin bir qismi passivlik göstərirdi, bir qismi də partiyanın işlərini aparmırdı. Yəni o zamanlar, belə bir dövrdə və ümumiyyətlə, Azərbaycanda 1993-cu il, ondan sonrakı illər və ölkəmizdə gedən proseslər nə qədər ağır, çətin olduğu halda - siz xatırlayırsınız - o dövrdə belə vəziyyət bizim ümumi işimizə xeyir verməyərək bəlkə də müəyyən qədər təbii idi. Xüsusən ona görə də mən partiyanın sədri kimi, bu ağır işlərlə çox məşğul olduğum üçün bu məsələlərə o qədər də mudaxilə etmək imkanına malik deyildim.

Ancaq bunlar hamısı təbiidir: heç bir siyasi təşkilat yaranan kimi çox mütəşəkkil olmur, bir təşkilatlanma dövru olur. Bu dövru də bizim Yeni Azərbaycan Partiyası keçdi - birinci qurultaya qədərki dövru keçdi və birinci qurultaydan sonra həm təşkilatlanmanı, həm mütəşəkkilliyi,  həm də fəallığı təmin etmək üçün bütün imkanlar yarandı. Bu imkanlardan indi bizim partiyanın hər bir üzvü və xüsusən partiyanın rəhbər orqanlarına daxil olanlar gərək çox səmərəli istifadə etsinlər.

Bir sözlə, mən sizin hamınızı Yeni Azərbaycan Partiyasının işlərində fəallığa dəvət edirəm. Hesab edirəm ki, qurultaya qədər bəzi partiya üzvləri tərəfindən, yaxud da ki, rəhbər orqanlara daxil olan şəxslər tərəfindən müşahidə olunan passivlik bundan sonra yolverilməzdir. Hərə öz sahəsi ilə ciddi məşğul olmalıdır. Amma təkcə öz sahəsi ilə yox, hərə bizim partiyanın ümumi problemləri ilə yaşamalıdır və çalışmalıdır ki, partiyanın işinin inkişaf etdirilməsi, gücləndirilməsi üçün əlindən gələni etsin. Mən ümidvaram ki, bunlar hamısı olacaqdır və bu ümidlərlə də mən sizə deyirəm.

Mən qeyd etdim ki, Azərbaycanda dövlətin qarşısında duran vəzifələr eyni zamanda Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrdir. Doğrudur, dövlətin çox problemləri var, çox böyük problemləri var. Bunların hamısı ilə Yeni Azərbaycan Partiyası məşğul ola bilməz. Ancaq eyni zamanda Yeni Azərbaycan Partiyası dövlətin bir çox istiqamətlərdə fəaliyyətinin daha da uğurlu olması üçün öz xidmətlərini göstərə bilər. Bunlardan ən əsası Azərbaycanda daxili ictimai-siyasi sabitliyin qorunub saxlanmasıdır, Azərbaycanda demokratiyanın inkişaf etdirilməsidir, Azərbaycanda vətəndaş cəmiyyətinin daha da inkişaf etməsidir, siyasi pluralizmin, söz azadlığının təmin olunmasıdır. Bu hesabdan partiya çox şeyləri öz təşəbbüsünə götürməlidir, çox şeylərdə təşəbbüs göstərməlidir.

Bir çox hallarda bizim partiya üzvləri, yaxud təşkilatları dövlətin gördüyü işlərin uğurlu olduğunu görərək, “onsuz da bunu dövlət edəcəkdir, iqtidar edəcəkdir, mənim burada iştirakıma o qədər ehtiyac yoxdur, ya lazım deyildir” deyə düşünürlər. Yaxud da bəziləri hesab edirlər ki, özlərini əziyyətə salmaq lazım deyil, hər şeyi dövlət edəcəkdir.

Təbiidir ki, dövlətin bir çox vəzifələri vardır. Bizim partiyanın üzvləri mənsub olduqları dövlət qurumlarında, yaxud da ki, təşkilatlarında öz fəallığı ilə bu dövlət işlərinin daha da uğurlu olmasını təmin edə bilirlər. Elə sahələr də var ki, burada onların imkanları yoxdur. Amma əsas sahədə, yəni bizim hüquqi, demokratik dövlət quruculuğu prosesində, ölkəmizdə demokratiyanın inkişaf etdirilməsi prosesində, ölkəmizdə insanların demokratiyanı dərk etməsində və demokratiyanı təhrif edənlərə qarşı, demokratiya anlayışından sui-istifadə edənlərə qarşı, demokratiya adı ilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyənlərə qarşı və başqa bu cür qüvvələrə qarşı partiya çox fəal olmalıdır. Partiya burada artıq özünu qabağa verməlidir və iqtidarın, dövlətin kölgəsində durmamalıdır.

Mən bunu ona görə deyirəm ki, Azərbaycan demokratik bir cəmiyyət yaradıbdır. Azərbaycan dövləti demokratik bir cəmiyyət yaradıbdır. Bu demokratik cəmiyyətdə demokratiyanın tələb etdiyi bütün amillər mövcuddur: söz azadlığı, mətbuat azadlığı, insanın bütün azadlıqları, vicdan azadlığı, ayrı-ayrı siyasi təşkilatlar yaratmaq, partiyalar yaratmaq, tamamilə sərbəstlik - yəni demokratiyanın tələblərinə uyğun olan bütün amillər Azərbaycanda bu gün mövcuddur. Bəlkə də ölkəmizi bizimlə bərabər müstəqillik əldə etmiş başqa ölkələrlə müqayisədə, yəni Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrlə müqayisə edəndə burada bu azadlıqlar daha da çox yer alibdir. Əgər elə olmasaydı Azərbaycanda bu qədər siyasi partiya olmazdı, Azərbaycanda mətbuat bu qədər azad olmazdı, qəzetlər bu sayda olmazdı və qəzetlərə, mətbuata bu qədər azadlıq verilməzdi. Yəni “bu qədər” deyəndə, bu azadlıq hədsizdir. Hansı siyasi təşkilat hansı fikri irəli sürürsə, hansı fikri qəbul edirsə, onun qarşısı nəinki alınmır, buna heç kəs mane olmur. Hansı qəzet nə yazırsa-yazır, heç kəs ona mane olmur. Kim cəmiyyətdə hansı dünyabaxışına malikdirsə, ona heç kəs bir söz demir. Bunlar hamısı demokratiyanın Azərbaycanda mövcud olmasıdır. Ancaq burada o tərəfini də demək lazımdır ki, heç bir şey ifrat dərəcəsini çatdırılmamalıdır.

Dünyada demokratiya sahəsində inkişaf etmiş ölkələri biz görürük. Orada bir tərəfdən, çox demokratiya təcrübəsi var, ikinci tərəfdən də, demokratiya tərbiyəsi var, demokratiya mənəviyyatı var, demokratiya əxlaqı var. Demokratiya axlaqsızlıq demək deyil. Demokratiya mənəviyyatsızlıq demək deyil. Demokratiya qanunları pozmaq deyil. Demokratiya qanun çərçivəsində olmalıdır. Dövlətin vəzifəsi ölkədə qanunun aliliyini təmin etməkdir, insanların hüquq bərabərliyini təmin etməkdir, insanların azadlığını təmin etməkdir. Vətəndaşın da vəzifəsi bütün hərəkətləri, bütün fəaliyyəti, işləri qanunun çərçivəsində görməkdir. Bax, belə olan halda - bir tərəfdən, dövlət qanunun aliliyini təmin edirsə və ikinci tərəfdən, hər bir vətəndaş öz həyat tərzi ilə, davranışı ilə, fəaliyyəti ilə qanunun aliliyinin təmin olunmasına öz payini verirsə və qanunun aliliyindən istifadə edərək öz hüquqları çərçivəsində fəaliyyət göstərirsə, onda demokratiya həqiqi demokratiyadır.

Demokratiya heç də xaos demək deyil, özbaşənalıq demək deyildir. Əgər elə olsa, onda dövlət olmaz. Elə olsa, onda qanun lazım deyil. Bunlar ümumiyyətlə, çox aydın məsələlərdir. Ancaq ola bilər ki, bizim ölkəmiz bütün bu prosesləri indi az bir zamanda həyata keçirdiyinə görə, bu sahədə gənc olduğuna görə, bəlkə də bu eybəcərliklər müəyyən qədər təbii qəbul edilə bilər. Ancaq eyni zamanda, bunlar get-gedə islah olunmalıdır. Yəni Azərbaycanda demokratik cəmiyyət eyni zamanda yüksək mənəviyyata, yüksək əxlaqa, yüksək siyasi mənəviyyata, yüksək siyasi əxlaqa layiq, malik olmalıdır.

Bütün bu işlərdə bizim Yeni Azərbaycan Partiyasının üzvləri aktiv fəaliyyət göstərməlidirlər. Bu prosesin sağlam məcrada inkişaf etməsini hərə öz payini verməlidir və bunları edərək, təbiidir ki, Yeni Azərbaycan Partiyasının mövqelərini müdafiə etmək, dövlətin mövqelərini müdafiə etmək və ölkəmizdə qanunu pozan, yaxud demokratiya prinsipindən sui-istifadə edən və ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələrə qarşı Yeni Azərbaycan Partiyası öz fəaliyyətini göstərməlidir. Bunlar hamısı siyasi fəaliyyətdir, ictimai fəaliyyətdir.

Demək, beləliklə, siyasi-ictimai nöqteyi-nəzərdən Yeni Azərbaycan Partiyası daha da fəal olmalıdır. Bu il Azərbaycanda yeni parlament seçkiləri olacaqdır. Çünki Milli Məclisin Konstitusiya ilə müəyyən edilmiş beş illik səlahiyyəti payızda bitir. Dünən Milli Məclisdə seçki qanunu və Mərkəzi Seçki Komissiyası haqqında qanunda dəyişikliklər edilməsi barədə müzakirələr başlanıbdır. Güman edirəm ki, müzakirələr konstruktiv prinsiplər əsasında, konstruktiv şəraitdə, təbiidir ki, demokratiya şəraitində keçəcəkdir və Yeni Azərbaycan Partiyasının Milli Məclisdə olan nümayəndələri də bu qanunların tam demokratik olması uğrunda, eyni zamanda Azərbaycanın bugünkü reallığının əks etdirilməsi prinsipləri əsasında bu qanunların müzakirə olunmasına və qəbul edilməsini öz xidmətlərini göstərəcəklər. Ancaq qanunların qəbul olunması bu işin başlanğıcıdır.

Payızda seçkilər keçiriləcəkdir. Azərbaycanda siyasi partiyalar sayca çoxdur. Ancaq siyasi partiyalar heç də Azərbaycan cəmiyyətinin böyük bir hissəsini əks etdirmir. O cümlədən, ən böyük siyasi partiya - Yeni Azərbaycan Partiyası, 180-200 mini qədər üzvü olan bu siyasi partiya Azərbaycanın bütün vətəndaşlarının, yəni seçmək hüququna malik olan vətəndaşlarının çoxluğunu, yaxud əksəriyyətini təmsil etmir. Çünki bu təbiidir və belə də olmalıdır. İndi ölkələr var ki, onlarda əlli ildir, yüz ildir demokratiya prinsipləri hökm sürür, orada əhali çox siyasılışibdir və partiyalar əhalının, demək olar ki, əksər hissəsini təmsil edir. Bir ölkədə parlamentdə beş partiya, bəzi ölkələrdə iki, üç partiya var. Amma bizdə - Azərbaycanda, yenə də deyirəm, partiyaların sayə böyük demokratiya yolunu çoxdan keçmiş ölkələrə nisbətən həddindən artıq çoxdur. İndi bizim 10-15 adam bir yerə yığışır, partiya yaradır. Eləcə də qəzetlərin sayə çoxdur. Amma partiyaların hamısı, o cümlədən, Yeni Azərbaycan Partiyası bütün cəmiyyəti təmsil etmir. Bizim cəmiyyətdə heç bir siyasi partiyaya mənsub olmayan vətəndaşlar əksəriyyət təşkil edir. Ona görə də partiyaların heç biri bizim cəmiyyətdə hökm edə bilməz. O cümlədən, Yeni Azərbaycan Partiyası da heç bir hökm edə bilməz. Amma hər bir partiya özünə üzvlərindən savayı nə qədər tərəfdar cəlb edə bilsə, yəni o partiyaya nə qədər çox rəğbət göstərən, dəstək verən olsa, o partiyaların nümayəndələri də, təbiidir ki, parlament seçkilərində uğur qazanacaqlar və parlamentə seçiləcəklər.

Yeni Azərbaycan Partiyası sayca çoxdur, amma eyni zamanda, artıq ölkəmizdə - Azərbaycanda böyük hörmət qazanmış bir partiyadır. Məsələn, çox adamlar, çox vətəndaşlar var ki, onlar partiyaya daxil deyillər və özlərini təşkilati nöqteyi-nəzərdən partiya ilə bağlamaq istəmirlər. Ancaq onlar Yeni Azərbaycan Partiyasının tərəfdarı, Azərbaycanın bugünkü iqtidarının tərəfdarıdırlar. Əgər belə olmasaydı son yeddi ildə Azərbaycan bu ağır proseslərdən keçərək indiki səviyyəyə gəlib çıxa bilməzdi.  Ona görə də Yeni Azərbaycan Partiyası payızda keçiriləcək parlament seçkilərinə gərək ciddi hazırlaşsın. Hazırlaşma da ondan ibarət olmalıdır ki, yerlərdə müəyyən etmək lazımdır ki, Yeni Azərbaycan Partiyası nə cür, hansı vasitələrlə - təbii ki, təbliğati vasitələrdən, siyasi vasitələrdən istifadə edərək - seçki prosesində iştirak edəcək və Milli Məclisin tərkibində öz üzvlərinin təmsil olunmasına nail ola biləcəkdir. İndi bizim partiyanın qarşısında duran əsas vəzifə budur. Ancaq mən bu vəzifəni sizə deyərək, xəbərdar etmək istəyirəm ki, Azərbaycanda indiyə qədər olan seçkilər də demokratik keçibdir. Başqa fikirlərin əsası yoxdur. İndiyə qədər olan seçkilər demokratik keçib və keçən parlament tam demokratik seçilibdir. Əgər demokratik seçilməsəydi, o qədər müxalifət nümayəndələri və o qədər də bitərəf nümayəndələr indi Milli Məclisin tərkibində olmazdı. Ancaq beş il keçəndən sonra, beş illik təcrübə əldə edəndən sonra, beş il demokratiya yolu ilə gedəndən sonra, təbiidir ki, bu seçkilər demokratiyanın səviyyəsi nöqteyi-nəzərindən keçən seçkilərdən qat-qat üstün olmalıdır. Ona görə yox ki, keçən seçkilər - indi bəzi qüvvələrin dediyi kimi - demokratik olmayıbdır, amma demokratik olubdur.

Bilərsiniz, demokratiyanın son həddi yoxdur. Bax, bu prinsipi əsas tutaraq gərək bizim partiyamız arxayın olmasın ki, partiya böyük partiyadır, partiya hörmətli partiyadır, partiya iqtidardadır, Azərbaycan Prezidenti bu partiyanın sədridir. Bax, bu arxayınçılığı kənara qoymaq lazımdır və seçkilərdə işləyən bütün qüvvələrlə bərabər şəraitdə, bərabər hüquqda bizim partiya öz nümayəndələrinin Milli Məclisdə təmsil olunmaq üçün seçilməsinə çalışmalıdır. Bu, indiki mərhələdə qarşıda duran əsas vəzifədir və bu vəzifəni yerini yetirmək üçün bizim partiyamız, partiyanın təşkilatları, partiyanın hər bir üzvü Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətləri təbliğ etməlidir, bu nailiyyətlərin əldə olunmasında dövlətin, partiyanın xidmətlərini göstərməlidir.

İndi müxalifətdə olan qəzetlər əksəriyyət təşkil edir, amma qüvvələr yox. Qüvvələr azlıq təşkil edir, amma qəzetlər əksəriyyətə malikdır. Onlar ağa qara deyirlər, qaraya da ağ deyirlər. Amma onlara cavab vermək lazımdır. Cavab da elə hay-küylə yox, hansısa bir sərt üsul ilə yox, arqumentlə, konkret faktlarla verilməlidir.

On gün bundan öncə mənə Azərbaycanın sosial-iqtisadi inkişafə ilə əlaqədar böyük bir arayış verdilər. Deyəcəyəm bu günlərdə onu mətbuata versinlər. Siz ondan da istifadə edə bilərsiniz. Azərbaycanda çox problemlər var və onları heç kəs inkar etmir. Ancaq Azərbaycanın sosial-iqtisadi inkişafinin göstəriciləri Azərbaycanla eyni səviyyədə olan, yəni eyni vaxtda dövlət müstəqilliyi əldə etmiş, Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrlə müqayisədə hamısından yüksəkdir. Bunu bu günlərdə Beynəlxalq Valyuta Fondunun burada olan nümayəndələri bir daha göstərdilır.  Çünki o rəqəmlər, başqa ölkələrin rəqəmləri onların əlində var - hamısından yüksəkdir.

Eyni zamanda, əlbəttə ki, hələ bir çox problemləri həll etməmişik. Amma bunları həll etməyə bizim böyük imkanlarımız var. Bizə bərabər ölkələr var ki, orada səkkiz ayla maaşlar verilmir, doqquz ayla pensiyalar verilmir. Hətta dövlət orqanlarında, məsələn, polis orqanlarında, orduda olan zabitlər dörd-beş ayla maaş almırlar. Biz bunları təmin edirik. Mən bununla onu demək istəmırım ki, bunlar Azərbaycanda əhalının hamısının sosial-iqtisadi vəziyyətini istənilən səviyyəyə qaldırıbdı. Amma hər şey müqayisə ilə ölçülür, qiymətləndirəlir.

Müxalifətdə bəziləri deyirlər ki, onu niyə etmədilər, bunu niyə etmədilər? O sözləri deyən adamlar özləri anlamırlar ki, onu nə cür etmək olar. Başa düşürsünüz. “Niyə sənaye müəssisələri istənilən səviyyədə işləmir?” Bu sözləri deyən adamların heç birinin sənaye işi ilə, sənaye müəssisəsi ilə heç bir tanışlığı yoxdur, bəlkə kitablardan da oxumayıbdır. Amma bu sənaye müəssisələrinin işini bilən adamlar bu gün bizim hakimiyyət orqanlarında çalışırlar. Bu sənaye müəssisələrinin əksəriyyəti 70-ci illərdə mənim Azərbaycana rəhbərlik etdiyim dövrdə yaranıbdır. Əgər o vaxt biz bunları tikib, yaradıb çox gözəl, səmərəli istifadə edə bilmişiksə, indi niyə etmirik?

Sumqayıtda boru-prokat zavodu var. Bu təxminən 1953-1954-cu illərdə tikilməyə başlanıbdır. 70-ci illərdə o zavodun bir çox problemləri var idi. Biz bunları həll etdik. Orada səkkiz, doqquz, bəzən on min adam işləyirdi. Metalı əritmək, borunu qaynaq etmək, filan etmək - bu, böyük bir proses idi. Oraya çox yüksək səviyyəli avadanlıq lazım idi.

Məni duzgün başa düşün. Məsələn, mən özüm şəxsən bu prosesi əvvəldən-axıra qədər bilirəm. Çünki mən dəfələrlə bu zavodun problemlərinin həll olunması üçün lazımi müzakirələr aparmışam, mütəxəssislərlə danışmışam, getmişəm, görmüşəm - hansı sex nə iş görür, hansı sexin işləməsi üçün nə lazımdır. Orada marten peçləri var. Hələ 70-ci illərdə marten peçlərinin bəziləri köhnəlmişdi. Artıq o vaxtlar elektrik peçləri daha səmərəli idi. Ona görə də biz öz tələbatimizə təmin etmək üçün - özümüz üçün, ola bilər, orada beş-altı elektrik peçi qoyacaqdıq. Həm də bütün SSRİ-nin tələbatini təmin etmək üçün burada – “Azelektroterm” zavodunda böyük-böyük sexlər yaratdıq. Həmin o elektrik peçlərini yaratmaq üçün. Bu çox ağır bir prosesdir. Sexləri qurduq, binalar qurduq. Mən Azərbaycandan gedəndən sonra bu bir az davam etdi. Amma Sovetlər İttifaqı dağılandan sonra bu tamamılı dağıldı. İndi həmin o qurğuların bəzilərini biz özəl sektora veririk ki, onların içərisində işlər görsünlər.

Demək, biz o peçləri də istehsal edirdik. Onların alınıb gətirilməsi də çox baha idi. Həmin o 70-ci illərdə artıq köhnəlmiş marten peçləri indi daha da köhnəlibdir. Bu, zavodun vəziyyətinin bir tərəfi. O biri tərəfini götürsəniz, o vaxtlar biz o boruları istehsal edirdik, Sovetlər İttifaqının müxtəlif yerlərinə göndərirdik və biz heç bilmirdik ki, bu hara gedəcəkdir. Çünki mərkəzdən ayrılırdı. Bəli, Sumqayıt zavodunda istehsal olunan borular filan vilayətdə filan zavoda gedəcəkdir, filan vilayətdən filan yerə gedəcəkdir. Bu bizim problemimiz deyildi. Amma indi, təsəvvür edin, bizim yeni peçlərimiz də olsa, o zavodun vəziyyətini bərpa etmiş olsaq belə, indi orada o boruları istehsal etmək üçün metal lazımdır.

Bizim Daşkəsən filiz yataqlarımız var. Biz oradan müəyyən qədər filiz çıxarırdıq və Rustaviyə göndərirdik. Onlar onu əridirdilər, polad edirdilər, sonra bizə - Sumqayıta verirdilər. Biz də bunu boru edirdik. İndi bunlar da mümkün deyil. Amma o da bizim xammalın az bir hissəsini təşkil edirdi. Əksəriyyətini Rusiyadan alırdıq. İndi xammal da almaq mümkün deyil.

Üçüncüsü, yaxşı, bunu da tapdıq. Bazar? O vaxtkı bazar indi yoxdur. Mən deyirəm, o vaxt bu bizim üçün heç problem deyildi. Mən o vaxt Azərbaycanın başçısı kimi, heç vaxt narahat olmurdum ki, burada istehsal olunan məhsul hara gedəcəkdir. Çünki bunlar hamısı mərkəzdən müəyyən olunurdu. İstehsal olundu getdi. Adətən, bəzən deyirdilər ki, keyfiyyət yaxşı olsun. Bəli, keyfiyyət üçün tənqid edirdilər, çalışırdılar ki, keyfiyyəti düzəldək. Biz də çalışırdıq keyfiyyəti artıraq. Amma indi bunların hamısı da olsa, bəs bazar?

Xatirimdədir, o vaxtlar Sovetlər İttifaqında bir çox, xüsusən Uralda, Ukraynada boru-prokat zavodları var idi. Sovetlər İttifaqında onlara çox böyük ehtiyac var idi. Ancaq ən keyfiyyətli boruları o vaxtlar Sovet İttifaqı Avstriyadan alırdı. Yəni özü öz tələbatını təmin edirdi, amma tam təmin edə bilmirdi. Bu bir, ikincisi də, yer var idi ki, orada yerli istehsaldan gəlmiş borulardan istifadə edilirdi, amma yer də var idi ki, daha yüksək keyfiyyətli boru lazım gəlirdi. Avstriyada istehsal olunan boruların keyfiyyəti isə Sovetlər İttifaqinin hər yerində - əsasən Uralda çox keyfiyyətli istehsal var idi - istehsal olunandan da qat-qat üstün idi.

İndi bunlar hamısı pozulubdur. Belə bir vəziyyətdə küçədə qışqırmaq olar – “Nə üçün bu zavod işləmir?”. Bəli, orada işsizlər də var - bu bizi narahat edir, incidir - maaş da almırlar. Bəzi işlər görürlər. İndi son vaxtlar biz Taqanroq zavodu ilə əlaqə qurmuşuq, Sumqayıtda bir sexi müştərək işlətmək istəyirik.

Bilərsiniz, mən sizə bu sənaye müəssisələri haqqında vəziyyəti saatlarla anlada bılırəm. O cümlədən, neft maşınqayırma zavodları haqqında. Neft maşınqayırma zavodları Azərbaycanda, keçmiş Sovetlər İttifaqında ən qədim sənaye müəssisələridir. Ancaq onların da texnologiyası artıq köhnəlmişdir. 70-ci illərdə onları yeni modern texnologiyaya keçirmək üçün biz SSRİ dövlət büdcəsindən həddindən çox vəsait aldıq. Çünki onların hamısı birbaşa SSRİ-nin dövlət büdcəsindən maliyyələşdirəlirdi. Vəsait aldəq, onları modernləşdirdik, yüksək səviyyəyə qaldırdıq. Onların bəziləri indi də yüksək səviyyədədir. Ancaq iş burasındadır ki, o vaxtlar istehsal olunan bütün avadanlıq Sovet İttifaqinin neft hasil edən regionlarının hamısına gedirdi. Məlumdur - bu o vaxtlar statistikada dəfələrlə yazılmışdı ki, SSRİ-nin neft avadanlığına tələbatinin 70 faizi Azərbaycanda istehsal olunur.

İndi vəziyyət nə cürdur? İndi bu zavodlar var, bunların bir çoxu daha da modernləşdirəlibdir, bundan da artıq məhsul istehsal edə bılır. Ancaq, birincisi, yenə də burada xammal məsələsi var,  ikincisi, bazar məsələsi var. Artıq Rusiya bizdən bunu almır. Çünki Rusiyanın həddindən çox hərbi məhsul istehsal edən zavodları var, onlar konversiya prosesi apardılar və o zavodların bir çoxunda istehsalı dəyişdirdilər. Çünki artıq hərbi sənaye Rusiyaya o qədər lazım deyil. Hərbi sənayeyə mənsub olan zavodların bir çoxunun profilini dəyişdirdilər və orada indi bu gün lazım olan avadanlığın istehsalını təmin etmək üçün lazımi tədbirlər görülur. Ona görə də indi Rusiya bütün neft regionları üçün neft avadanlığının təmin olunmasını özü təşkil edir, bizimkiləri almır. Hətta bizim qonşu Orta Asiya ölkələri də bizim neft avadanlığını almırlar. Bizim zavodlar bunu cüzi bir miqdarda sata bilirlər. Yəni indi keçmiş vaxt deyil, sərbəst iqtisadiyyatdır, başa düşürsünüz, sərbəst iqtisadiyyatdır. Sərbəst iqtisadiyyat bazarla bağlıdır. Əgər bazarın varsa, sən istehsal edə bilərsənsə, xammal ala bilərsənsə və bu xammalə gətirib istehsal edəndən sonra həmin məhsuldan qazanacaqsansa, bunu edərsən. Əgər bunların biri yoxdursa, bunu edə bilməzsən. Lap tutaq ki, xammal da var, istehsalın da var, bazarən da var, amma bazarda o mal sən istədiyin qiymətə satılmayacaqsa, burada qazancın olmayacaq, əksinə, zərərin olacaqdır. Bazar iqtisadiyyatının prinsipi budur.

İndi orda-burda, nə bilim, islahatlar keçirmək, bazar iqtisadiyyatına keçmək haqqında  qışqıranlar bunları bilmirlər. Bəlkə bunları bir az qəzetlərdən, kitablardan oxuyublarsa da, ancaq bu məsələnin real həll olunması yolunu bilmirlər. Məsələn, 70-ci illərdə Sovetlər İttifaqında elektron sənayesi çox inkişaf etmişdi. Özü də bu o vaxt çox dəb idi. Nə üçün? Birincisi, bu, yüksək səviyyəli sənayedir, onun məhsulu da çox yüksək səviyyədədir – inteqral sxemlər və s. Onlar bunun başlanğıcı idi, riyaziyyatçılar bunu bilirlər. Bunların da əksəriyyəti, demək olar ki, 90 faizi hərbi sənaye üçün lazım idi. Moskvanın yanında bir Zelenoqrad şəhəri var. Bəlkə tanıyanlar var - kiçik bir qəsəbə idi. Amma orada gətirib həmin o elektron zavodlarını yerləşdirdilər. Zavodlar o qədər işci qüvvəsi tələb etdi ki, orada böyük evlər tikdilər və Moskvanın yanında Zelenoqrad gözəl bir şəhərə çevrildi. Hamı ora ziyarətə gedirdi. Mən özüm iki dəfə ora getmişəmə Məni o zavodlarla, o proseslərlə tanış ediblər, o şəhəri görmüşəm. Bunları görərək hər respublika, xüsusən biz də çalışırdıq ki, bu elektron sənayesinin zavodlarından Azərbaycana da gətirək. Bu da asan deyildi. Çünki bu zavodlar həm hörmətli zavodlar idi, həm məhsulu o qədər böyük həcmdə deyildi, həm də orada çox gəlir əldə etmək mümkün idi. Ona görə bunu hər yerə vermirdilər. Məsələn, Azərbaycana bunu vermirdilər və bəhanə edirdilər ki, “istehsalı təmin etmək üçün çox yüksək səviyyəli mütəxəssislər lazımdır. Nəinki mühəndis, nəinki texnik, hətta fəhlə də gərək yüksək səviyyəli olsun. Azərbaycanda bu yoxdur”.

Neçə illər lazım oldu mən subut edim ki, Azərbaycanda bu var və bunu təşkil edə bılırik. Mən bu zavodların bir neçəsinin tikilməsinə nail oldum. Deyəsən, Yasamal rayonundadır “Azon” zavodu. O “Azon” zavodunu tikmək üçün mən nə qədər çətinlik cəkdim. İndi çoxları bilmirlər ki, “Azon” zavodunun texnikasını, texnologiyasını nə qədər yüksək tələblərlə qurduq, tikdik. Orada inteqral sxemlər istehsal edirdilər - işləyirdi, hamısı da yaxşı idi. Amma indi hərbi sənaye yox, onlara tələbat yox, heç bir şey yoxdur. O sxemləri istehsal edirdilər, yaxud başqa şeylər hazırlayırdılar, hərbi sənaye zavodlarına göndərirdilər, onlardan orada istifadə edilirdi. İndi bu “Azon” zavodunu əvvəlki kimi nə cür işlədəsən?

Yaxud, Tbiləsi prospektində mən o vaxtlar bir “İskra” zavodu yaratmışdım. Yəqin ki, onu bilən var. Adini “İskra” qoyduq, o da həmin bu tipli zavodlardandır.

Yaxud da ki, keçmiş Moskva prospektinin sağ tərəfində Radiotexnika Sənayesi Nazirliyinin zavodlarını yaratdıq. Gəncədə bullur zavodu yaratdıq. Əli Bayramlıda bir neçə belə zavod yaratdıq və üc-dörd nazirlik buna cəlb olundu - Elektron Sənayesi Nazirliyi, Radiotexnika Sənayesi Nazirliyi, sonra bir nazirlik də var idi ki, onun adına Xüsusi Maşınqayırma Nazirliyi deyirdilər – bu nazirləri mən dəfələrlə buraya dəvət etdim, onlarla ciddi işlər gördüm və təbiidir ki, o vaxtlar SSRİ rəhbərliyinin də nazirlərə təsiri və bizə koməyi nəticəsində biz bunları əldə etdik.

Amma indi bunlara tələbat yoxdur. Buzovnada, Vişnyovka deyirlər, orada kiçik bir zavod vardı, SSRİ Aviasiya Sənayesi Nazirliyinə tabe idi. Mən gedib oraya baxdım, gördüm ki, çox kiçik bir yerdırı SSRİ-nin Aviasiya Sənayesi Naziri Dementyevi çox çətinliklə Azərbaycana gətirdim. Oraya getdik, baxdıq, danışdıq. Dedim ki, sən burada bir zavod tikməlisən və biz gərək burada təyyarələr istehsal edək. Nə qədər çətin idi! Bilirsiniz, bir tərəfdən, onların beyninə girmişdi ki, Azərbaycanda o səviyyədə adam yoxdur - keçən keçib, ancaq həqiqəti demək lazımdır. Digər tərəfdən də, ümumiyyətlə, SSRİ rəhbərliyi belə yüksək səviyyəli və hərbi sənayeyə mənsub olan zavodları ancaq Rusiyada və Ukraynada, bir də Belorusiyada yerləşdirirdi. O biri ölkələrə, xüsusən Azərbaycana, Orta Asiyaya bunları vermirdilər. Dementyev mənimlə şərt kəsdi - 50 faizini mən verəcəyəm, 50 faizini də Azərbaycanın büdcəsindən ödəyin. Azərbaycanın büdcəsinin isə buna imkanı yox idi. Amma mən buna da razı oldum. O zavodu genişləndirdik. Orada, Zuğulbaya gedən yolun sağ tərəfində doqquzmərtəbəli evlər var. Biz o evləri tikdirdik ki, kənardan, yəni SSRİ-nin başqa yerlərindən gələn mütəxəssislər yaşasınlar və bizim mütəxəssisləri öyrətsinlər. İndi ora böyük bir ərazidir. Son vaxtlarda da orada olmuşam. Müəyyən məhsullar istehsal edirlər. Amma o planı ki, biz qarşımıza qoymuşduq, onu edə bilmədik. Etmiş olsaq da, bu gün yenə də həyata keçırı bilməyəcəkdik.

Bilərsiniz, mən Azərbaycanın sənayesi haqqında sizə yüzlərlə misal deyə bılırəm. Bununla onu demək istəyırım ki, əgər biz - bu işləri təşkil edən, quran, bu texnologiyanı bilən adamlar o vaxtlar bunu etmişiksə, indi niyə etmirik? Niyə o səviyyədə edə bilmirik? Bunun səbəbləri məlumdur. Amma böhtan, yalan danışanların isə bunların birindən də xəbəri yoxdur. Bu proseslərin birini də bilmirlər. Nəinki onun texnologiyasını, texnikasını, istehsal etdiyi məhsulu, hətta onun iqtisadiyyatını da bilmirlər. Amma bəzi qəzetlərdə yazırlar ki, "ora niyə işləmədi, bura niyə işləmədi, Azərbaycan, bugünkü iqtidarı.”.

Əvvəl bizim neft siyasətimizə də etiraz edirdilər. İndi görürlər ki, bir şey çıxmadı. Deputatlar buradadır, xatirinizdədirmi, müxalifət qüvvələri bizim ilk muqavilələrimizə parlamentdə etiraz edirdilər, təsdiq eləmək istəmirdilər. Bəziləri deyirdi ki, yox, bunları biz özümüz eləməliyik, gözləyək, nə vaxt Azərbaycanın vəsaiti olacaq, o vaxt da edərik. Ağılsız bir sözdur! İşi bilməyən, neft sənayesini bilməyən adamlardır.

Mən neft strategiyasını yaratdım və bunu həyata keçirirəm. Axı bilirm ki, neft sənayesi nədir. Mən Azərbaycanın neft sənayesi ilə 40 il məşğul olmuşam. Nəinki buradakı sənaye ilə, SSRİ-nin bütün neft regionlarının hamısı ilə məşğul olmuşam. Mən bilirm ki, nə lazımdır. Bilirdim ki, bizim bundan başqa yolumuz yoxdur. Görürsünüz, bu da öz nəticəsini verdi. Bunu elədik, ağızlarını yumublar. “Niyə başqa sahələri inkişaf etdirmırsınız?” deyirlər. Necə inkişaf etdirək, nə mümkündur, onu edirik. Keçən il Azərbaycana gəlmiş xarici investisiyanın 60 faizi qeyri-neft sektoruna gəlmişdir.

Bunlar hamısı reallıqdır. Siz bunları bilməlisiniz, bundan da çox bilməlisiniz. Bu barədə geniş danışmağa vaxtım yoxdur - ola bilər, bunun üçün on-on beş saat lazımdır. Amma siz bunu bilməlisiniz. Yəqin ki, bizim aparatın işcılıri də bu barədə arayışlar toplayıb verməlidirlər ki, o yalan, böhtan, əsassız uydurma, əlbəttə, işi bilməyən adamlarda müəyyən fikir yaratmaq məqsədi daşıyan məqalələrə, çıxışlara biz cavab verək.

Beləliklə, mən sizə dedim - Azərbaycanın iqtisadi potensialında nə mümkündürsə, biz ondan maksimum istifadə etməyə çalışırıq. İndi bəziləri qəzetlərdə yazırlar ki, niyə o vaxtlar pambıq çox idi, indi yoxdur? Bəzilərinin də ağzına söz düşmüşdu ki, o vaxtlar “pripiska” var idi. Bəli, Azərbaycanda pambıq çox idi, “pripiska” da yox idi. Yəni “pripiska” nə deməkdir - kolxozda biri bir balaca “pripiska” edirdi, bunu heç kəs görə bilmirdi və bu, ümumi ışı təsir edə bilməzdi. Bu, dövlət iqtisadiyyatında hər yerdə mövcuddur, hər yerdə. Özəl sektorda “pripiska” etmək lazım deyildir. Nə istehsal eləsə, onu da satacaq, pulunu da qazanacaqdır. Amma kolxozda istehsal elədiyini bir az artırırdı və ona görə pul alırdı. Tutaq ki, 100 ton pambıq yığılıbsa, bəzən yazırdı ki, 105 ton, Çünki o 5 ton üçün artıq pul alırdı. əgər plandan artıq idisə, ikiqat alırdı. Belə hallar istisna olunmur, amma bunlar bizim ümumi nəticələrimizə heç də təsir etmirdi.

Bəli, 70-ci illərdə Azərbaycanda orta hesabla ildə 800-850 min ton pambıq yığılırdı. Amma buna nə qədər vəsait gedirdi. Torpaqların hər il yuyulmasına, gübrənin verilməsinə, toxumların, texnikanın səpin üçün hazırlanmasına, səpindən sonra müxtəlif aqrotexniki tədbirlərin görülməsinə, ziyanvericilərlə mübarizə üçün kimyəvi maddələrdən istifadə olunmasına, yığım vaxtı defoliasiya aparılmasına, sovkanın məhv edilməsinə, maşınlarla yığımın təşkilinə nə qədər vəsait sərf olunurdu! Bu prosesi Azərbaycanda bəlkə pambıqçılar da mənim qədər bilmir. Çünki mən bu işlə o qədər məşğul olmuşam ki..

Çoxlarının yadındadır ki, demək olar, hər il mövsüm vaxtı, yəni çiyid səpininin başlandığı aprel ayından yığıma, sentyabr, oktyabr aylarına qədər mənim vaxtımın çoxu pambıq rayonlarında keçirdi. Ona görə mən bunun hamısını bilirəm. Toxumların sortunu da bilirəm. Gəncədə Pambıqçılıq üzrə Elmi Tədqiqat İnstitutu var, orada dəfələrlə olmuşam. Oradakı tədqiqatçılar, bir tərəfdən, yeni toxumlar yetişdirir, digər tərəfdən də, ziyanvericilərlə mübarizə aparırdılar. Orada da olmuşam, hamısını görmüşəm. Bütün mütəxəssislərlə danışmışam, kənddə işləyən hər bir pambıqçı ilə dəfələrlə danışmışam. Bunları çox yaxşı bilirm.

Amma indi? Birincisi, bunu özəlləşdirmişik, torpağı kəndliyə vermişik. Pambıq zavodları özəlləşdirəlibdir. İkincisi, onlar nə qədər gübrə ala, nə qədər torpağa gübrə verə bılıcəklər, nə qədər toxum toplaya, nə qədər əkə, bunu nə cür becərə, pambığı ziyanvericilərdən nə cür qoruya bılıcəklər - bəzən yığım vaxtı yağış olur - pambığı nə qədər tez yığa biləcəklər. Bunlar hamısı böyük bir prosesdir.

Amma bunlara baxmayaraq, həmin o özəl sektor 800 min ton yox, 100-120 min ton pambıq toplayır. Mənə dedilər ki, keçən il pambıq toplayıblar, ancaq dünyada pambığın qiyməti aşağı düşüb, ona görə pambığı satmayıblar, gözləyirlər ki, qiymət qalxsın. O vaxt biz bilirdik ki, topladığımız pambıq hansı qiymətə satılır? Heç kim bilmirdi. Toplayırdıq, yığırdıq, hər il əvvəlcədən Moskvadan tapşırıq gəlirdi ki, filan qədər filan vilayətə, filan qədər Almaniya Demokratik Respublikasına, filan qədər Bolqarıstana, filan qədər Rumıniyaya mahlıc göndərilsin. Pullarını alırdıq, bununla da iş bitirdi.

Görürəm, Dilruba Camalova mənə baxır - dünən, ya srağagün onunla telefonla danışmışam. Sevinə-sevinə deyir ki, keçən il 100 min ton tərəvəz istehsal etmişik. Amma əvvəllər 200 min ton istehsal edirdilər, elədirmi? Azərbaycan 700 min ton tərəvəz istehsal edirdi, özü də faraş tərəvəz. Niyə? Bunun hamısı özümüzə lazım deyildi ki. Bunun 90 faizi Rusiyaya - Arxangelskə, Murmanska, Moskvaya, Urala və sairəyə gedirdi. Onların tələbatə üçün gedirdi. İndi bu mümkündurmu? Mümkün deyildir. əgər keçən il 100 min ton toplayıblarsa, mən soruşdum ki, nə

etdiniz? Deyir ki, bir hissəsini konserv zavoduna verdik, bir hissəsini kəndlilər aparıb Rusiyada satdılar.

Torpağı paylamışıq. Torpağı paylamağımız çox gözəl nəticələr verir. Amma torpağı alan kəndlinin yüksək səviyyəli fermerə çevrilməsi üçün çox vaxt lazımdır. Onun gərək o qədər artıq vəsaiti, sərmayəsi toplansın ki.. Ola bilər, bir il böyük xeyir götürsun, o biri il zərər çəksin.

Bilirsiniz, bunlar hamısı mürəkkəb proseslərdir. Bunu da bilən yoxdur. Hətta kənddən çıxıb müxalifətdə olan adamlar da bilmirlər. Çünki onlar gedib pambıq tarlalarında işləməyiblər. Əgər pambıq tarlalarında işləsəydilər, o yolla getməzdilər. O yola düşən adamlar baş girləyən adamlardır.

Ona görə siz bunları və bunların fonunda da bizim, Azərbaycan dövlətinin son illər əldə etdiyi konkret nailiyyətləri bilməlisiniz. Yenə də deyirəm, mən tapşıracağam bu arayışları vaxtaşırı sizə versinlər, mətbuatda dərc olunsun ki, bunlardan istifadə edə biləsiniz. Bunlar hamısı ona görə lazımdır ki, cəmiyyətimizdə demokratiya, söz azadlığı, pluralizm şəraitində gedən proseslərdə o yalançıların, böhtançıların, ayrı-ayrı şayiə uyduranların qarşısını sərt sözlə yox, konkret arqumentlərlə alasınız, kütləyə, əhaliyə, xalqa, millətə həqiqəti çatdırasınız. Bu, indiki mərhələdə və gələcəkdə də bizim partiyanın ən əsas vəzifəsidir.

Biz xarici siyasəti aparırıq. Lazım olan halda xalqla da məsləhətləşəcəyik. Amma indiki mərhələdə elə bir ehtiyac yoxdur ki, bu gün yığışaq, xalqla məsləhətləşək. Çünki prinsiplər məlumdur. Başqa böyük işləri də görürük. Ona görə də dövlətin gördüyü işlər çoxdur. Amma partiyanın gördüyü işlər ondan az olsa da, çox əhəmiyyətlidir.

Mən bu gün bu sözləri sizə deyərək ümidvar olduğumu bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası, siz - Siyasi Şuranın üzvləri, idarə heyətinin üzvləri, partiyanın rəhbərliyində olan şəxslər yeni mərhələdə, birinci qurultaydan keçən dövrdə partiyanın işi ilə ciddi məşğul olacaqsınız. Gərək heç kəs özünu kənara çəkməsin.

Mən hiss edirəm, bizim partiyada rəhbər vəzifədə olan, eyni zamanda, başqa vəzifə tutan bəzi adamlar artıq özlərini kənara cəkirlər. Mən bunu bəyənmirəm. əgər sən doğrudan da qəlbən partiyanın üzvüsənsə, gərək heç vaxt heç kim özünu kənara çəkməsin. Qəlbən bu partiyanın üzvüsənsə, vaxt tap, həm dövlət işi ilə məşğul ol, həm də partiyanın işi ilə.

Elə bilərsiniz ki, mənim işim azdır? Bu gün buraya gəlmışım, sizinlə görüşürəm, buna vaxt sərf edirəm. Hesab edirəm ki, bu lazımdır, Çünki mən bu partiyanın sədriyəm. Mən də istəyirəm ki, hamı fəal olsun.

Ümidvaram ki, mənim dediyim bu sözlər sizə faydalə olacaq və bunlardan özünuz üçün nəticələr

çıxaracaqsınız, partiyanın işi bundan sonra da fəallaşacaqdır. Hesab edirəm ki, bütün partiya miqyasında partiya vəsiqələrinin verilməsi çox böyük hadisə olacaq və bu iş bizim icra katibliyi tərəfindən dayanmadan həyata keçirilməlidir.

Bizim icra katibliyinin bu muddətdə hazırladığı sənədlər də, təbii ki, diqqətəlayiqdir. Bunlar haqqında Əli Əhmədov öz çıxışında dedi. Mən baxdım - Siyasi Şuranın üzvlərini partiya vəsiqələri, Yeni Azərbaycan Partiyası birinci qurultayının stenoqrafik hesabatı, partiyanın nizamnamə və proqramı veriləcəkdir. İki dənə də nişan hazırlanıbdır. Biri Yeni Azərbaycan Partiyasının əvvəllər qəbul etdiyimiz rəmzidir. Bu yaxşıdır. Amma görürəm ki, hazırlanmış ikinci nişan mənim portretimdir. Mən buna etiraz edirəm. Əhmədova deyirəm – bunu yığışdırsınlar. Mən bu şeylərin əleyhinəyəm. Heç kəsin döşündə mənim portretim olan nişan lazım deyildir. Bizim partiyanın nişanə var - kim taxmaq istəyirsə, taxsın. Bu partiyaya mən də mənsubam, sən də mənsubsan. Ona görə, bunların hamısını yığ, qoy kənara, heç kəsə vermə.

Bəzi adamlar özfəaliyyətlə məşğuldurlar, yaradırlar, taxırlar. Mən kiminsə döşundə gördüm, dedim, niyə taxmısan? Deyir ki, yox, mən bunu istəyirəm. Deyirəm, ay qardaş, sən məni məndən çox istəyə bilməzsən! Bu ola bilməzə əgər sən məni istəyirsənsə, mən bunu istəmirəm. Yox, sən hesab edirsən ki, məni məndən çox istəyirsən, mən də buna inanmıram.

Ona görə, siz mənim sözlərimi səmimi qəbul edin. Mən bu nişana etiraz edirəm, onu qoyun kənara.

Hamınıza cansağlığı, səadət, işlərinizdə uğurlar arzulayıram. Sağ olun.