Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Federativ Respublikasının Kansleri zati-aliləri cənab Gerhard Şröderə təbriki - Bakı şəhəri, 25 sentyabr 2001-ci il


Hörmətli cənab kansler!

Almaniya Federativ Respublikasının milli bayramı - Alman birliyi günü münasibətilə Sizi və dost alman xalqını səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, bu münasibətlər daha da genişlənib dərinləşəcək və xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa