Debeyki Kardioloji Mərkəzinin direktoru, Beylor Universiteti Tibb Kollecinin prezidenti doktor Maykl Debeykiyə - 2 sentyabr 2003-cü il


Hörmətli doktor Debeyki!

Sizi - dünya şöhrətli tibb xadimini, məşhur kardioloqu, müasir ürək cərrahiyyəsinin banilərindən birini şanlı yubileyiniz, anadan olmağınızın 95 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz dərin məzmunlu ömrünüzü nəcib bir işə həsr edərək, insanların sağlamlığı naminə fədakarcasına fəaliyyət göstərmiş, xəstələrinizə şəfa, təbabət elminə misilsiz töhfələr vermişsiniz.

Çox şadam ki, siz bu gün də öz zəngin bilik və təcrübənizi böyük həvəs və səylə həmkarlarınıza çatdırırsınız.

Şəxsi münasibətlərimiz, aramızdakı dostluq mənim üçün çox əzizdir. Kardioloji mərkəzinizlə tanışlığımı, Amerikada və Azərbaycanda keçirdiyimiz görüşləri, söhbətləri həmişə məmnunluqla xatırlayıram.

Əziz Maykl Debeyki!

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 7 sentyabr 2003-cü il.