Norveçin kralı əlahəzrət V Haralda - Bakı şəhəri, 20 aprel 2002-ci il


Əlahəzrət!

Görkəmli səyyah və alim Tur Heyerdalın vəfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün Norveç xalqına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 21 aprel 2002-ci il.