Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Litva Respublikasının prezidenti zati-aliləri cənab Rolands Paksasa məktubu - Bakı şəhəri, 7 fevral 2003-cü il


Hörmətli cənab prezident!

Litva Respublikasının milli bayramı - Litva dövlətinin bərpası günü münasibətilə Sizi və xalqınızı təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 16 fevral 2003-cü il.