Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi münasibətilə Milli Qvardiya qərargahında keçirilən bayram mərasimində nitqi - 28 may 1998-ci il


Hörmətli, əziz qvardiyaçılar!

Hörmətli zabitlər, generallar!

Mayın 28-i Azərbaycan xalqının həyatında əlamətdar gündür. 80 il öncə - 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqillyini dünyaya elan edən "İstiqlal bəyannaməsi" verilmiş, Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. Bununla da XX əsrdə ilk dəfə olaraq Azərbaycanda müstəqil, demokratik hökumət yaranmış, xalqımız milli azadlığa çıxmış, Azərbaycan Respublikasının müstəqilliyinin əsası qoyulmuşdur. Biz bu hadisəni böyük qürur hissi ilə bayram edirik.

Son aylar respublikamızın hər yerində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 80 illiyinə həsr olunmuş müxtəlif mərasimlər, bayram tədbirləri, təntənəli yığmcaqlar keçirilmişdir. Dünən də, bu gün də biz bu bayram mərasimlərinin içərisindəyik. 80 il müddətində Azərbaycan xalqı ağır, lakin şərəfli yol keçmişdir. Ən böyük nailiyyət ondan ibarətdir ki, Azərbaycan xalqı artıq öz milli azadlığına qovuşmuş, müstəqilliyini bərpa etmiş, suveren, demokratik dövlətini yaratmış və indi quruculuq prosesini həyata keçirir. Müstəqil Azərbaycan dövlətinin müasir dövrdə dövlət atributları, orqanları vardır, silahlı qüvvələri yaranmışdır. Ordumuz peşəkarlıq səviyyəsini, gücünü, qüdrətini gündən-günə artırır və ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün müdafiəsini hər an təmin etməyə hazırdır. Respublikamızın dövlət atributları içərisində silahlı qüvvələrin və hərbi bölmələrin tərkibində Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarınmı Baş Mühafizə İdarəsinin və Azərbaycan Prezidentinin Qvardiyasının xüsusi yeri var. Baş Mühafizə İdarəsi və Prezident Qvardiyası son illər daha da mütəşəkkilləşmiş, öz fəaliyyətini gücləndirmiş və əminəm ki, bu gün Azərbaycanın dövlətçiliyini, mövcud hakimiyyəti, dövlət başçısını - ölkə prezidentini mühafizə etməyə qadirdir. Baş Mühafizə İdarəsinin rəisi general-leytenant Vaqif Axundovun verdiyi raportu mən etibarla, inamla qəbul edirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, bu idarənin bütün şəxsi heyəti, Prezident Qvardiyası üzərinə düşən şərəfli vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəkdir.

Azərbaycanın hakimiyyətini, onun bugünkü varlığını qoruyub saxlayan bu hakimiyyətin, demokratik dövlətimizin prezidentinin xalq ilə birliyidir, xalq tərəfindən seçilmiş hakimiyyətə, dövlətimizə, onun başçısına - prezidentə olan ümumxalq inamı və etimadıdır. Mən Azərbaycanın prezidenti kimi daim xalqa arxalanmışam, xalqı həmişə özümün ən güclü dayağım hesab etmişəm, bu gün də belə hesab edirəm. Azərbaycan xalqının mənə göstərdiyi etimadı hər gün doğrultmağı özümün ali vəzifəm və şərəfli borcum hesab edirəm. Eyni zamanda inanıram ki, Azərbaycan xalqı və vətəndaşları da mənə göstərdikləri etimada görə həmişə arxayın ola bilərlər. Xalq ilə Azərbaycan prezidentinin birliyi, həmrəyliyi dövlət müstəqilliyimizin bu gün də, gələcəkdə də əsasını təşkil edir. Azərbaycanın sılahlı qüvvələri də xalqın bir hissəsidir. Silahlı qüvvələrimizdə xalqımızın seçilmiş, dəyərli insanları xidmət edirlər. Ona görə də mən ölkəmizin bütün silahlı qüvvələrinə etibar edirəm, inanıram. Əminəm ki, onlar üzərlərinə düşən şərəfli vəzifəni daim layiqincə yerinə yetirəcəklər. İnanıram ki, silahlı qüvvələrimiz Azərbaycanın dövlətçiliyinin, torpaqlarımızın, müstəqilliyimizin qorunmasının keşiyində həmişə cəsarətlə duracaqlar. İnanıram ki, onlar Azərbaycan Respublikasının, ölkəmizin müdafiəsinin etibarlı keşikçiləridir.

Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi və Prezidentin Milli Qvardiyası bu baxımdan xüsusi yer tutur. Sizin üzərinizə mühüm vəzifələr düşür. Məmnunam ki, siz bu vəzifələri indiyədək şərəflə yerinə yetirmisiniz. Son beş ildə Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə qarşı çox qəsdlər və cəhdlər olmuşdur. Azərbaycanda dövlət çevrilişi, terror aksiyalarının həyata keçirilməsi, prezidentə qarşı terror cəhdləri son beş ildə baş vermiş hadisələrdir. Bunların qarşısı ilk növbədə Azərbaycan dövlətinin xalq ilə birliyi nəticəsində, dövlətimizin gücü və qüdrəti ilə alınmışdır. Bütün bunlarda Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin və Prezidentinin Milli Qvardiyasının xüsusi xidmətləri vardır. Həmin o xidmətlərimizə görə bu bayram günü sizə təşəkkür edirəm.

Əmin olduğumu bildirmək istəyirəm ki, əldə etdiyiniz nailiyyətlərə əsaslanaraq bundan sonra da işinizi daha da təkmilləşdirəcəksiniz və gücünüzü, qüdrətinizi artıracaqsınız, gələcəkdə də üzərinizə düşən vəzifələrin şərəflə yerinə yetirilməsinə nail olacaqsınız. Sizin vəzifələriniz mürəkkəbdir. Onları layiqincə yerinə yetirmək üçün birinci növbədə peşəkarlığmızı və biliyinizi gündən-günə artırmalısmız, dünya təcrübəsini, başqa ölkələrin mühafizə orqanlarının, qvardiyalarının işini öyrənməlisiniz. Sizin üçün yararlı olan təcrübədən səmərəli istifadə etməlisiniz. Oz fəaliyyətinizi müasir dünyanın müvafiq orqanlarının peşəkarlıq səviyyəsinə qaldırmalısınız. Özünüzü fiziki cəhətdən daim sağlam, güclü və hazırlıqlı etməlisiniz. Həm fiziki sağlamlığınız, həm mənəvi-əxlaqi saflığınız nailiyyətlərinizin əsasıdır. Ona görə də fiziki hazırlığı və sağlamlığı təmin etməklə yanaşı, daim öz kollektivinizdə sağlam mühit, əhval-ruhiyyə və həyat tərzinin yaranmasını təmin etməlisiniz. Dövlətçiliyə, müstəqilliyə, vətənə, xalqa, Azərbaycan prezidentinə sədaqətiniz sizin uğurlu fəaliyyətinizin əsasıdır. Öz peşənizə sədaqət əsas vəzifəniz və borcunuzdur. Bu hisslər sizin daxilinizdə, mənəviyyatınızda olmalıdır. Bu hisslərə, mənəviyyata malik olmayan insanlar Baş Mühafizə İdarəsində, Prezidentin Qvardiyasında xidmət edə bilməzlər. Ona görə də Baş Mühafizə İdarəsinin və Qvardiyanın komandanlığından bu gün bir daha tələb edirəm ki, şəxsi heyətin mənəvi-əxlaqi saflığını, dövlətə, Azərbaycan prezidentinə sədaqətli olmasını həmişə diqqət mərkəzində saxlasın və bu məsələlərlə daim məşğul olsunlar. Burada qiymət birmənalı olmalıdır. Əgər başqa sahələrdə kiminsə hansısa nöqsanını, çatışmazlığını, qüsurunu aradan qaldırmaq mümkündürsə, lakin ali dövlət hakimiyyət və idarəetmə orqanlarında dediyim prinsiplərdə, yəni sədaqət prinsipində heç bir güzəşt və ikinci məna ola bilməz. Mən əminəm ki, bu gün qvardiyada və Baş Mühafizə İdarəsində xidmət edənlər məhz belə keyfiyyətə, xüsusiyyətə malik insanlardır. Eyni zamanda bu əsas şərti yada salmaqla, sizə xatırlatmaqla mən bunun şərtsiz həyata keçirilməsini tələb edirəm.

Siz respublikamızda gedən ictimai-siyasi prosesləri izləməlisiniz, öz təhsilinizi, biliyinizi və siyasi hazırlığınızı artırmalısınız, özünüzü və bütün işlərinizi daim təkmilləşdirməlisiniz. İdarənizin, qvardiyanın bugünkü vəziyyəti mənim üçün kafidir. Ancaq arzu edirəm ki, bütün işlərinizdə daha da mükəmməl olasınız. Bunun da həddi yoxdur. Nə qədər çox çalışsanız, öyrənsəniz, dünya təcrübəsindən istifadə etsəniz, o qədər də öz peşəkarlığınızı, biliyinizi, bacarığınızı artıracaqsınız.

Prezident Qvardiyasına, Baş Mühafizə İdarəsinin şəxsi heyətinə və onun komandanlığına bir daha öz etimadını bildirirəm, sizə inanıram, arxalanıram və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Bu böyük bayram münasibətilə sizi bir daha təbrik edirəm, hər birinizə cansağlığı, səadət, xoşbəxtlik arzu edirəm.

Bu günlərdə Rusiyanın Ulyanovsk vilayətindən Azərbaycana böyük bir nümayəndə heyəti gəlmişdi. Onlar həm vilayətin, həm də orada yaşayan azərbaycanlıların nümayəndələri idi. Bu vilayətdə çoxdandır azərbaycanlıların "Nizami" cəmiyyəti yaranıbdır. Ulyanovsk vilayətində 30 mindən çox azərbaycanlı yaşayır. Onlar Azərbaycanla müntəzəm əlaqə saxlayır, azərbaycançılıqlarını daim qoruyub saxlayırlar, Azərbaycan dilini və mədəniyyətini inkişaf etdirirlər, özlərini daim azərbaycanlı kimi hiss edir və yaşayırlar. Orada böyük avtomobil zavodu var. Azərbaycanlıların bir çoxu həmin zavodda işləyir. Onlar zavodun istehsal etdiyi bir avtomobili mənə hədiyyə etmişlər. Həmin avtomobil gərək ki, buradadır. Bu avtomobili mən də sizə, Baş Mühafizə İdarəsinə, Prezident Qvardiyasına hədiyyə edirəm. Bu avtomobilin açarlarını mən Vaqif Axundova verirəm. İşinizi daha yaxşı aparmaq üçün bu avtomobildən istifadə edin.

* * *

Milli Qvardiyanın fəxri qonaqlar kitabına ürək sözləri: Azərbaycan Respublikasının Ali Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin, Prezident Qvardiyasının işini yüksək qiymətləndirirəm, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Azərbaycanın dövlət müstəqilliyi bayramı günü münasibətilə təbrik edirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.