Lüksemburqun böyük hersoqu əlahəzrət Anriyə - Bakı şəhəri, 17 iyun 2003-cü il


Əlahəzrət!

Lüksemburq Böyük Hersoqluğunun milli bayramı - Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 22 iyun 2003-cü il.

Tarixi arayış

Azərbaycan - Avropa