Belçikanın kralı əlahəzrət II Albertə - 15 iyul 2003-cü il


Əlahəzrət!

Belçika Krallığının milli bayramı - Kralın andiçmə günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Əminəm ki, Azəraycan-Belçika dövlətlərarası münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcəkdir. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Belçika xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 20 iyul 2003-cü il.