Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İnterfaks Beynəlxalq İnformasiya Qrupunun rəhbəri Mixail Komissar ilə görüşü - 24 sentyabr 2002-ci il


Mоskvаdа işgüzаr səfərdə оlаn Azərbaycan Prezidenti Heydər Əliyev onun üçün ayrılmış iqamətgahda İNTERFAKS Beynəlxalq İnformasiya Qrupunun rəhbəri Mixail Komissarı qəbul etmişdir.

Söhbətin əvvəlində Mixail Komissar səfər proqramının gərgin olmasına baxmayaraq, onu qəbul etməyə imkan tapdığına görə Azərbaycan Prezidenti Heydər Əliyevə təşəkkürünü bildirdi.

Mixail Komissar Rusiyada informasiya sahəsində vəziyyət barədə məlumat verərək dedi: «Biz şadıq ki, bugünkü Rusiyada çoxlu müxtəlif KİV-lər var. Məsələn, İNTERFAKS-ın İTAR–TASS və RİA ilə informasiya sahəsində nəzakətli rəqabəti ictimaiyyətə hadisələrdən müxtəlif mövqelərdən xəbər tutmağa imkan verir. Biz həmkarlarımızın peşəkarlığına hörmət bəsləyirik və çoxsaylı informasiya kanallarının olmasını faydalı hesab edirik».

İNTERFAKS–AZƏRBAYCAN layihəsinin həyata keçirilməsinə başlanmаsı Azərbaycanın informasiya məkanında da bu cür vəziyyət yaratmağa kömək edəcəkdir.

Azərbaycan Prezidenti Heydər Əliyev İNTERFAKS-ın yeni layihəsini – bu yaxınlarda yaradılan İNTERFAKS–AZƏRBAYCAN informasiya agentliyini dəstəklədiyini bildirərək dedi: İnfоrmаsiyа agеntliyinin fəaliyyətə başlaması Azərbaycanın siyasi və iqtisadi həyatında baş verən hadisələr barədə obyektiv informasiyanın dünyada yayılması imkanını xeyli yaxşılaşdıracaqdır. Biz ümidvarıq ki, dünyada və Rusiyada Azərbaycanla maraqlananlar – siyasətçilər, biznesmenlər, kütləvi informasiya vasitələri yeni agentliyin kanalları ilə obyektiv və peşəkarlıqla hazırlanmış informasiya alacaqlar. Bu hamının xeyrinədir.

AzərTAc