Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti cənab Dik Çeyniyə - Bakı şəhəri, 14 dekabr 2000-ci il


Hörmətli cənab vitse-prezident!

Sizi Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Sizinlə aramızda yaranmış dostluğu yüksək qiymətləndirirəm və ümid edirəm ki, yeni vəzifənizdə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün səylərinizi artıracaqsınız.

Sizə və ailənizə yeni minillikdə cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.

Hörmətlə,

Heydәr Әliyev,
Azərbaycan Respublikasının Prezidenti.

“Azərbaycan” qəzeti, 15 dekabr 2000-ci il.