Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İsrail Dövlətinin Prezidenti zati-aliləri cənab Moşe Katsava təbriki - Bakı şəhəri, 2 avqust 2000-ci il


Hörmətli cənab Prezident!

İsrail dövlətinin prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə İsrail arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr bundan sonra da xalqlarımızın rifahı naminə dərinləşəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh, əmin-amanluq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış