Moldova Respublikasının Prezidenti zati-aliləri cənab Petru Luçinskiyə - Bakı şəhəri, 24 yanvar 2000-ci il


Hörmətli Petru Kirilloviç!

Sizi əlamətdar yubiley - anadan olmağınızın 60 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Siz qardaş Moldovə xalqına mürəkkəb tarixi dövrdə başçılıq etmisiniz. Çox mühüm siyasi və iqtisadi qərarların qəbul olunmasında sizin tutduğunuz möhkəm və qətiyyətli mövqe sayəsində Moldovə Respublikası bu gün keçid dövrünün çətinliklərini müvəffəqiyyətlə aradan qaldırır. Müstəqillik və demokratiya yolu ilə inamla irəliləyir.

İnanıram ki, sizin dərindən düşünülmüş və uzaqgörən siyasətiniz suveren Moldovənın hərtərəfli inkişafı və çiçəklənməsi işinə bundan sonra da xidmət edəcəkdir.

Azərbaycan və Moldova xalqlarını sıx dostluq və qarşılıqlı anlaşma telləri bağlayır. Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq, tərəfdaşlıq münasibətləri bölgədə sülh, sabitlik və tərəqqi naminə möhkəmlənəcək və genişlənəcəkdir.

Qarşılıqlı hörmət, etimad və mehribanlıq hisslərinə əsaslanan şəxsi səmimi münasibətlərimizi yüksək qiymətləndirirəm.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.