Salarilər dövləti


Salarilər dövlətinin (941-983) əsası 941-ci ildə Mərzban ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Məhz onun hakimiyyəti dövründə Salarilər dövlətinin sərhədləri Sacilər dövlətinin ən yüksək inkişaf dövrü hüdudları ilə üst-üstə düşürdü. Demək olar, bütün Azərbaycanı ələ keçirmiş Mərzban ibn Məhəmməd Ermənistanda da hakimiyyətini təsdiqlədi, əvvəllər Sacilərə vergi verən Şirvanşahları indi də onlara vergi ödəməyə məcbur etdi. Beləliklə, Salarilərə tabe edilmiş ərazinin hüdudları şimalda Dərbəndədək çatdı. Salarilər dövlətinin varlığına 981-ci ildə Rəvvadilər tərəfindən son qoyuldu. Paytaxtı Ərdəbil şəhəri idi.