Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Hindistan Respublikasının prezidenti zati-aliləri cənab Əbdül Kalama məktubu - Bakı şəhəri, 21 yanvar 2003-cü il


Hörmətli cənab prezident!

Hindistan Respublikasının milli bayramı - Respublika günü münasibətilə sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasında münasibətlərə böyük əhəmiyyət verirəm. Əminəm ki, xalqlarımızın qarşılıqlı rəğbətindən doğan Azərbaycan-Hindistan dostluğu daim yaşayacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 26 yanvar 2003-cü il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya