Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin görkəmli ictimai xadim, məşhur maliyyəçi və xeyriyyəçi Corc Soros ilə görüşdəki söhbətindən - Davos, 29 yanvar 2000-ci il


Heydər Əliyev: Cənab Soros, xoş gördük Sizi. Sizinlə görüşməyimdən şad olduğumu bildirirəm.

Corc Soros: Sizinlə, cənab prezident, şəxsi tanışlığımdan məmnunluq duyuram. Mən Soros fondunun Azərbaycandakı fəaliyyətindən razı olsam da, bu fəaliyyətin daha da intensivləşməsinə çalışacağam.

Heydər Əliyev: Mən fondun ölkəmizdə gördüyü işləri yüksək dəyərləndirirəm. Bununla belə, Azərbaycan ilə Soros fondu arasında əməkdaşlığın daha da genişlənməsinə ehtiyac hiss edilir.

Mən Sizi, cənab Sorosu Azərbaycana dəvət edirəm.

Corc Soros: Təşəkkür edirəm, cənab prezident. Dəvətinizi məmnuniyyətlə qəbul edirəm. Vaxt tapıb bu dəvətdən mütləq istifadə edəcəyəm.