Səudiyyə Ərəbistanı məmləkətinin vəliəhdi əlahəzrət Abdullah ibn Əbdüləziz al Səuda - Bakı şəhəri, 11 sentyabr 2002-ci il


Əlahəzrət!

Səudiyyə Ərəbistanı məmləkətininmilli bayramı münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasındakı mehriban dostluq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq əbədi yaşayacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 12 sentyabr 2002-ci il.