Əməkdar incəsənət xadimi, şair Fikrət Qocaya - 26 iyun 1995-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Hörmətli Fikrət Qoca!

Sizi-Azərbaycanın poeziyasında öz imzası ilə seçilən sevimli sənətkarımızı-ömrünün 60-cı il dönümü münasibətilə ürəkdən təbrik edirəm

Xalqımız sizi Azərbaycan ədəbiyyatına yenilik gətirmiş 60-cı illər nəslinin nümayəndəsi kimi tanıyır, həyatımızın ən ziddiyyətli, ən kəskin cəhətlərini poetik bir dillə təqdim etməyi bacaran, oxucusunu həmişə düşünməyə vadar edən bir sənətkar kimi qiymətləndirir.

Sizin poeziyanızda fəlsəfi düşüncələrlə lirik duyğular bir-birini tamamlayır. Məhz buna görə də istər ən adi məişət məsələsinin təsviri, istərsə də ən ülvi bəşəri hisslərin tərənnümü qələminizin qüdrəti ilə fikir poeziyasına çevrilir.

Əziz şairimiz!

Sizi 60 illik yubileyiniz münasibətilə bir daha təbrik edir, sizə cansağlığı, uzun ömür, şeir-sənət yollarında yeni uğurlar diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
 
"Azərbaycan" qəzeti, 27 iyun 1995-ci il.

Tarixi arayış

MƏDƏNİYYƏT