Estoniya Respublikasının Prezidenti zati-aliləri cənab Arnold Rüytelə - Bakı şəhəri, 16 fevral 2002-ci il


Hörmətli cənab prezident!

Estoniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün Estoniya xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Estoniya Respublikası arasındakı dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, dost Estoniya xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 24 fevral 2002-ci il.