Hörmətli cənab prezident!
Konqo Respublikasının milli bayramı - İnqilab günü münasibətilə şəxsən sizi və bütün Konqo xalqını böyük məmnuniyyətlə səmimi-qəlbdən təbrik edir, sizə və xalqınıza ən xoş arzularımı yetirir, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri.
"Azərbaycan" qəzeti, 13 avqust 1993-cü il