Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin xalq artisti Arif Babayevə təbriki - Bakı şəhəri, 19 fevral 1998-ci il


Hörmətli Arif Babayev!

Sizi - Azərbaycanın musiqi ifaçılığı məktəbinin görkəmli nümayəndəsini 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz klassik muğam ifaçılığımızın ənənələrini qoruyub yaşatmaqla xalqımızın böyük məhəbbətini qazanmış sənətkarlardansınız. Muğam və xalq mahnılarının gözəl bir ifaçısı olmaqla yanaşı, siz 30 ildən artıqdır ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrmm solisti kimi də ölkəmizdə geniş tanmırsınız. Siz gözəl səsiniz və təkrarolunmaz ifa üslubunuz sayəsində xalq musiqimizin təbliğində xidmətlər göstərmiş, onu dünyanın bir çox xalqlarına sevdirə bilmisiniz. Bakı Musiqi Akademiyasının kafedra müdiri kimi, milli operamız üçün gənc müğənnilərin yetişdirilməsində də böyük səy göstərirsiniz.

Əminəm ki, siz xalqımızın zəngin musiqi xəzinəsinin incilərinə yeni həyat verməklə sənətinizin pərəstişkarlarını bundan sonra da sevindirəcək, yeni ifaçılar yetişdirilməsində var qüvvənizi və təcrübənizi əsirgəməyəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT