BMT Baş Məclisinin 49-cu sessiyasında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - Nyu-York, 29 sentyabr 1994-cü il


   

" ....... Azərbaycan Respublikasının mövqeyi həmişə əməli mövqe olmuşdur və sülhsevər xarakter daşıyır. Bizə vurulmuş bütün ziyanlara baxmayaraq, biz beynəlxalq hüquq, ədalət və humanizm əsasında erməni tərəfinə sülh təklif edirik. Biz Dağlıq Qarabağın erməni təhlükəsizliyinə zəmanət verməyə hazırıq. Biz regionda kommunikasiyaların, o cümlədən Dağlıq Qarabağ ilə Ermənistan Respublikası arasında humanitar dəhlizin normal işini qarşılıqlı əsasda bərpa etmək tərəfdarıyıq. Biz, lazım gələrsə, münaqişə zonasında beynəlxalq sülhpərvər qüvvələrin yerləşdirilməsinə razıyıq. Biz Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağın statusunu da müzakirə etməyə hazırıq.

Lakin bizim üçün sarsılmaz normalar və prinsiplər də var - bu, Azərbaycanın suverenliyi və ərazi bütövlüyüdür, işğal olunmuş bütün ərazilərin azad edilməsidir, qaçqınların öz döğma ocaqlarına, o cümlədən 50 min azərbaycanlı qaçqının Dağlıq Qarabağa - öz vətəninə qaytarılmasıdır......"