Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Cənubi Afrika Respublikasının prezidenti zati-aliləri cənab Tabo Mbekiyə məktubu - Bakı şəhəri, 22 aprel 2003-cü il


Hörmətli cənab prezident!

Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında təşəkkül tapan münasibətlər xalqlarımızın mənafeyinə uyğun olaraq inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Cənubi Afrika respublikasının xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 27 aprel 2003-cü il

Oçerklər

Ümumi tarixi arayış

XARİCİ SİYASƏT

Tarixi arayış