Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Portuqaliya Respublikasının Prezidenti zati-aliləri cənab Jorj Sampayyuya təbriki - Bakı şəhəri, 22 aprel 2001-ci il


Hörmətli cənab Prezident!

Portuqaliya Respublikasının milli bayramı - Azadlıq günü münasibətilə Sizi və dost Portuqaliya xalqını ürəkdən təbrik edirəm.

Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. Əminəm ki, qarşılıqlı əlaqələrimiz xalqlarımızın rifahı naminə daim genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, uğurlar, xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa