Azərbaycan Prezidenti Heydər Əliyevin "Britiş Petroleum" şirkətinin prezidenti Con Braun ilə görüşdəki söhbətindən - Davos, 30 yanvar 2000-ci il


Con Braun:  Hörmətli cənab prezident. Sizi xoş gördük. Sizinlə görüşümdən şərəf duyuram.

Ötən ilin noyabrında İstanbulda Bakı-Ceyhan əsas ixrac neft boru kəməri barədə sazişin imzalanması münasibətilə Sizi təbrik edirəm. Mən "Britiş Petroleum" şirkətinin Azərbaycandakı fəaliyyətini genişiəndirmək niyyətindəyəm.

Heydər Əliyev: Mən "Britiş Petroleum"şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın ardıcıl inkişaf etdirilməsinə tərəfdaram. Ötən ilin noyabrında İstanbulda Amerika prezidenti Bill Klintonun iştirakı ilə Bakı-Ceyhan əsas ixrac boru kəməri barədə sazişin imzalanmasını böyük əhəmiyyətli tarixi hadisə kimi dəyərləndirirəm.

Azərbaycanın zəngin neft və qaz ehtiyatlarının xarici ölkələrin ən nüfuzlu şirkətləri ilə birgə işlənilməsi üçün hələ çoxlu imkan vardır. "Britiş Petroleum"şirkətinin respublikamızda gördüyü işlərdən raziyam.

Con Braun: Mən yaxın vaxtlarda Azərbaycana gəlmək istəyirəm.

Heydər Əliyev: Mən buna razıyam. Sizinlə Bakıda yenidən görüşməyimiz faydalı olardı.