Hörmətli cənab Prezident!
İslandiya Respublikasının milli bayramı - Respublika-nın elan edilməsi günü münasibətilə Sizi və dost İslandiya xalqını ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə İslandiya Respublikası arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti