Çexiya Respublikasının Prezidenti zati-aliləri cənab Vatslav Havelə - Bakı şəhəri, 22 oktyabr 2002-ci il


Hörmətli cənab prezident!

Çexiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında yaranmış dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızn rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çexiya xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 27 oktyabr 2002-ci il.

Tarixi arayış