Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstanın Marneuli rayonunun Kəpənəkçi kəndinin əhalisinə başsağlığı məktubu - Bakı şəhəri, 27 oktyabr 2000-ci il


Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, respublikanın Əməkdar mədəniyyət işçisi aşıq Kamandarın vəfat etməsi xəbəri məni ürəkdən kədərləndirdi.

Bu itki münasibətilə Azərbaycan xalqına, Gürcüstanda yaşayan soydaşlarımıza, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.