Kanadanın baş valisi Zati-Aliləri cənab Romeo Lö Blanka – Bakı şəhəri, 29 iyun 2000-ci il


Zati-Aliləri!

Kanadanın milli bayramı – Kanada günü münasibətilə Sizi və dost Kanada xalqını səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və səadət, Kanadanın bütün vətəndaşlarına firavanlıq və tərəqqi arzulayıram.

Biz Kanadanın Azərbaycan Respublikası ilə hərtərəfli dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsini yüksək qiymətləndiririk.

Əminəm ki, qarşılıqlı səylərimiz sayəsində Azərbaycan Respublikası ilə Kanada arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı hər iki ölkənin mənafeyinə, ümumi sülh və tərəqqi işinə xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 1 iyul  2000-ci il

Oçerklər

XARİCİ SİYASƏT

Ümumi tarixi arayış

Tarixi arayış

XARİCİ SİYASƏT