Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin milli parkda dövlət müstəqilliyi gününə həsr olunmuş bayram konsertində təbriki- 18 oktyabr 2002-ci il


Heydər Əliyev: Əziz dostlar!

Bu gün bizim böyük bayramımızdır. Azərbaycanın Dövlət Müstəqilliyinin 11-ci ildönümüdür. Ölkəmiz bayram edir, xalqımız, vətənimiz bayram edir. Siz də bu bayram əhval-ruhiyyəsi ilə buraya toplaşmısınız. Görürəm ki, Milli Parkda adamlar o qədərdir ki, tərpənmək olmur. Bu, məni çox sevindirir. Demək, xalqımız rahat yaşayır, işləyir, öz dövlətini inkişaf etdirir və bu bayram günü istirahət edir.

Mən buraya təsadüfən gəlmişəm. İşdən çıxıb evə gedirdim. Buradan keçəndə gördüm ki, çox adam var. Fikirləşdim ki, Milli Parka gəlim. Gənc vaxtı burada çox gəzmişəm, indi də hərdənbir gəzirəm. Amma bu dəfə gördüm ki, buraya lap çox adam yığışıb və konsert başlayacaqdır.

Mən sizin hamınızı ürəkdən təbrik edirəm, cansağlığı arzu edirəm. Hamınıza, hər birinizə ailə səadəti, bütün işlərinizdə uğurlar arzulayıram.

Sağ olun.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT