Birləşmiş Ərəb əmirliklərinin Prezidenti əlahəzrət Şeyx Zaid bin Sultan əl Nəhəyyana - Bakı şəhəri, 29 noyabr 2002-ci il


Əlahəzrət!

Ölkənizin milli bayramı -Birləşmiş Ərəb əmirlikləri dövlətinin yaradılması günü münasibətilə Sizi və xalqınızı səmimi-qəlbdən təbrik edirəm.

Ölkələrimiz arasındakı münasibətlərin bugünkü səviyyəsindən məmnunam. Əminəm ki, xalqlarımızın bir-birinə bəslədiyi dostluq hissləri ilə təməli qoyulmuş dövlətlərarası əlaqələrimiz və əməkdaşlığımız daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Birləşmiş Ərəb əmirlikləri xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 1 dekabr 2002-ci il.