Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Aybəniz xanım Vəkilovaya təbriki - Bakı şəhəri, 8 oktyabr 1997-ci il


Hörmətli Aybəniz xanım!

Sizi 60 illik yubileyiniz münasibətilə salamlayır və ürəkdən təbrik edirəm.

Xalqımızın dahi şairi Səməd Vurğunun zəngin irsinin qorunub saxlanmasında və təbliğındəki xidmətləriniz əvəzsizdir. Sizin əməyiniz sayəsində sevimli şairimizin ev muzeyi Azərbaycan xalqının, poeziya pərəstişkarlarının mədəniyyət məbədinə çevrılmışdır. Siz Azərbaycanda təkcə böyük Səməd Vurğunun övladı kimi deyil, eləcə də öz prinsipiallığı, dəyanətli və dəyişməz mövqeyi ilə səciyyələnən bir insan kimi tanınırsınız.

İnanıram ki, müasir Azərbaycan poeziyasinda bütöv bir mərhələ təşkil edən Səməd Vurğun yaradıcılığının təbliği işində əlinizdən gələni bundan sonra da əsirgəməyəcəksiniz.

Sizə möhkəm cansağlığı, nəcib işinızdə böyük uğurlar arzulayıram.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT