Türkiyə Respublikasının prezidenti əlahəzrət Süleyman Dəmirəl cənablarına - 28 oktyabr 1993-cü il


Əziz və hörmətli Süleyman bəy!

Milli bayram - Respublika elan edilməsi gününün 70 illiyi münasibətilə sizi ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, səadət, bütün Türkiyə xalqının tərəqqisi naminə yorulmadan göstərdiyiniz fəaliyyətdə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycanlıların qəlbində Türkiyənin xüsusi yeri var. Sizin müdrikliyiniz sayəsində Azərbaycan və Türkiyə bir-birinə daha yaxın olacaq, daha da doğmalaşacaqlar.

Fürsətdən istifadə edib bütün dost Türkiyə xalqına səmim-qəlbdən dinclik, firavanlıq, tərəqqi arzuladığımı bildirmək istəyirəm.

Sizi qucaqlayır və öpürəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 29 oktyabr 1993-cü il.