Misir Ərəb Respublikasının prezidenti əlahəzrət Məhəmməd Hüsnü Mübarək cənablarına - Bakı şəhəri, 21 iyul 1993-cü il


Hörmətli cənab prezident!

Sizi və bütün Misir xalqını öz adımdan və Azərbaycan xalqı adından milli bayram - İnqilab gününün ildönümü münasibətilə səmim-qəlbdən təbrik edir, şəxsən Sizə və qardaş Misir xalqına sülh, əmin-amanlıq və xoşbəxtlik arzulayıram.

Mən uzun illər boyu Azərbaycan və Misir xalqları arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinə böyük əhəmiyyət verirəm. Inanıram ki, xalqlarımız arasındakı hərtərəfli və faydalı münasibətlər daha da inkişaf edəcək və genişlənəcəkdir.

Fürsətdən istifadə edib Sizə, ailənizə və Misir xalqına öz dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri.

"Azərbaycan" qəzeti, 22 iyul 1993-cü il.