Mərakeş kralı II Həsən (1929-1999)


1961-1999-cu illərdə Mərakeş kralı. Öz hakimiyyəti illərində ölkədə çoxpartiyalı, parlament idarəçiliyi əsasında quruluş formalaşdırmaq üçün addımlar atıb. II Həsənin rəhbərliyi dövründə ölkənin ilk Konstitusiyası qəbul olunub və parlamentə seçkilər keçirilib. 13-15 dekabr 1994-cü ildə İslam Konfransı Təşkilatının Kasablanka sammitinə sədrlik edib.