Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bayram konserti başa çatdıqdan sonra respublikanın incəsənət ustaları ilə görüşdə söhbəti - 27 may 2000-ci il


Bayramınız mübarək olsun! Mən bu gün çıxış edəndə bütün Azərbaycan vətəndaşlarını təbrik etdim. Amma sizi xüsusi təbrik edirəm. Eyni zamanda təşəkkür edirəm ki, siz bu gün yenidən çox gözəl bir konsert göstərdiniz və hamımızı sevindirdiniz. Bu gün böyük bayramdır, bizim əziz bayramımızdır. Ona görə də insanlar sevinc içərisindədirlər. Bu sevinci daha da çox artıran sizin bu gözəl çıxışlarınız, sənət nümunələrinizdir. Sağ olun, təşəkkür edirəm. Hamınız yaxşısınız, gözəlsiniz, yaxşı oxuyursunuz, çalırsınız, yaxşı oynayırsınız, yaxşı sözlər deyirsiniz. Hamınıza təşəkkür edirəm, çox Sağ olun. Uşaqlar da yaxşıdır, siz də yaxşısınız. Mənə sözünüz varmı?

Yerdən: Sizə cansağlığı arzulayırıq.

Heydər Əliyev: Təşəkkür edirəm. Mən də sizə cansağlığı arzu edirəm. Biz həmişə fəxr edirik ki, Azərbaycanın gözəl incəsənət ustaları var. İşləriniz yaxşı gedirmi? Bütün işlər yaxşıdır? Oxuyursunuz, çalırsınız, hər şey yaxşıdır. Yaxşı, Sağ olun. Azər, sən də sağ ol. Hamınız Sağ olun.

Polad Bülbüloğlu (Mədəniyyət naziri): Bu, Azərbaycan xor kapellasının bədii rəhbəri Gülbacı İmanovadır. Onun sözü var.

Heydər Əliyev: Mən hər dəfə deyirdim, amma sizi burada görəndə, yanımda oturanlara göstəriş verdim ki, sizin maaşınızı artırsınlar. Beş-altı günə kimi maaşlarınız artacaqdır.

Gülbacı İmanova: Çox sağ olun.

Heydər Əliyev: Hamınızın maaşını artırmışam. Sizinkini artırmamışam?

Polad Bülbüloğlu: Cənab Prezident, bu il rəqs ansamblının 30 illiyi tamam olacaqdır. O barədə  mən Sizə xüsusi olaraq deyəcəyəm. Amma xor kapellasına siz çoxdan söz vermisiniz.

Heydər Əliyev: Mən hamınızın maaşını artırmışam. Mədəniyyət işçilərinin əmək haqqını altı dəfə artırmışam. Düzdür, əvvəl maaşlar az olubdur. Burada balet artistləri də varmı? Bir dəfə də onların maaşlarını artırmışam. 

Polad Bülbüloğlu: Bəli, duzdür.

Heydər Əliyev: Bilirsinizmi, vallah-billah, imkan olsa, maaşlarınızı. Yüz dəfə də artıraram. Amma nə mümkündur, onu edirik. Bu gün də çıxışımda dedim bundan sonra imkanımız daha da çox olacaqdır. Maaşları daha da çox artıracağıq. İqtisadiyyatımız inkişaf edir, gəlirimiz artır, bundan sonra daha da çox artacaqdır. Nə qədər ki, çox artacaq, o qədər də birinci növbədə mədəniyyətə sərf olunacaqdır. Çünki mədəniyyət hər şeydən üstündür.

Sağ olun, gecəniz xeyrə qalsın.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT