Tailandın kralı əlahəzrət Pumipon Abdulyadetə - Bakı şəhəri, 3 dekabr 2002-ci il


Əlahəzrət!

Ölkənizin milli bayramı - Kralın təvəllüd günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı əlaqələrimizn bütün sahələrdə genişlənməsi üçün real imkanlar açacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tailand xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 6 dekabr 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya