Türkmənistanın prezidenti Zati-aliləri cənab Saparmurad Niyazova - Bakı şəhəri, 20 oktyabr 2000-ci il


Hörmətli cənab prezident!

Türkmənistanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və qardaş türkmən xalqını ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və səadət, Türkmənistanın bütün vətəndaşlarına əmin-amanlıq və çiçəklənmə arzulayıram.

Əminəm ki, Azərbaycan ilə Türkmənistan xalqları arasında qədimdən mövcud olan qarşılıqlı işgüzar münasibətlər, müstəqil ölkələrimizin bugünkü çoxtərəfli əməkdaşlığı dövlətimizin mənafeyi, regionda sülh və tərəqqi naminə möhkəmlənəcək və inkişaf edəcəkdir.

Hörmətlə,

Heydər Əliyav, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 26 oktyabr 2000-ci il.