Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri Cənab İslam Kərimova - Bakı şəhəri, 17 fevral 1999-cu il


Hörmətli İslam Əbdülqəniyeviş, Daşkənd şəhərində törədilmiş amansız terror aktlarından çox narahat olmuş və hiddətlənmişəm.

Əminəm ki, bu cinayət əməllərinin təşkilatçıları və icraçıları öz çirkin məqsədlərinə - sabitliyi pozmaq, qardaş Özbəkistanı tutduğu yoldan dönməyə məcbur etmək məqsədlərinə nail ola bilməyəcəklər.

Hörmətli İslam Əbdülqəniyeviç, Sizi tam dəstəklədiyimi və Sizinlə həmrəy olduğumu bildirirəm.

Bütün özbək xalqına təmkin və mətanət arzulayıram.

Həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.