Gürcüstan Prezidenti Zati-Aliləri cənab Eduard Şevardnadzeyə - 3 fevral 1999-cu il


Hörmətli Eduard Amvrosiyevic!

Gürcüstanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması münasibətilə sizi ürəkdən təbrik edirəm.

Mötəbər beynəlxalq təşkilatın bu qərarını qardaş Gürcüstanın öz dövlət müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi dövlət quruculuğunda sizin məqsədyönlü və müdrik rəhbərliyinizlə qazandığı böyük uğurların etirafı kimi qiymətləndirirəm.

Əminəm ki, azad demokratik ölkələrin beynəlxalq birliyinə ölkələrimizin müvəffəqiyyətlə inteqrasiyası regionumuzda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasının başlıca amillərindən biridir.

Sizə, bütün qardaş Gürcüstan xalqına bu yolda yeni-yeni uğurlar, firavanlıq və çiçəklənmə arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 4 fevral 1999-cu il.